4 ördək məsələsi və ya Xacmazın bərbad yolları- FOTO


4 ördək məsələsi və ya Xacmazın bərbad yolları- FOTO
Müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədlinin qələmə aldığı bu hadisə Xacmaz rayonunda məmurların iş prinsiplərinin nə gündə olduğunun bariz nümunəsidir.
Bilmirsən güləsən ya ağlayasan.Lakin bizə və oxuculara gülməli gəlsədə, Xaçmaz rayonunun bu yolları sakinlərin ağlamasına səbəb olur. Buyurun müstəqil araşdsırmaçı jurnalist Cəmil Məmmədli yazır:
"Babat tema danışdılar, ona görə bu şəkilləri Xaçmaz rayonu Qımıl kəndinə gedən yolda çəkmişəm.
Yolun vəziyyəti, sakinlərin güzəranı barədə heç nə demirəm, görünən dağ və bələdçi misali...
Sözümün canı başqadı.
Deməli bu günlərdə Xaçmazın icra başçısı dəqiq bilmirəm, şəhid dəfninə, yoxsa yaralı yanına getmək üçün bu yoldan istifadə etməli olur.
Vəziyyətin bərbad olduğunu görüb, ərazidəki nümayəndə və bələdiyyələrə üzünü tutub kinayə ilə "burda təkcə ördək çatışmır, 4 dənə ördək lazımdı" deyib istehza edir.
Nə olsa yaxşıdı?"
Teref.az yazır ki, Cəmil Məmmədli məsələnin davamını qələmə alaraq yazır, "bir azdan bu vəzifəlilər icra başçısının müavinlərinə, köməkçisinə zəng vururlar ki, "müəllim ördəklər diri olsun, yoxsa tüklərini də yolub verək?"
Təbii ki, icra hakimiyyəti də təəccüblə "a kişi, nə ördək, nə yolmaq" deyə soruşur.
Adamlar deyir, "bəs müəllim 4 dənə ördək dedi axı"
Bax belə idarəçilər olan yerdə, belə güzəran da bir Allah vergisidir haa
Başçının ağzında çıxan "ördək" sözünü eşidiblər, day arxasına baxmayıblar ki, ördəyi niyə dediər."
Qarşı tərəfin fikirlərini dəırc etməyə hazırıq!







1
Tarix: 9-12-2020, 10:34
Xəbəri paylaş



Xəbər lenti