İtaliyanın Azərbaycandakı səfiri Bərdəyə səfər etdi - Foto


İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Bərdə şəhərinə səfər edib.
Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib. 
İtaliyalı diplomat rayonun icra başçısı Vidadi İsayevlə görüşüb.  
Səfər zamanı səfir Massari 21 mülki vətəndaşın öldüyü şəhərin şəhərin müharibə zamanı top hücumları zamanı ciddi ziyan dəyən ərazilərinə baş çəkib.
Səfir Bərdədə yerləşən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin regional ofisində  də olub.
Tarix: 5-12-2020, 23:25
Xəbəri paylaş



Xəbər lenti