Qax Yol İstismarı İdarəsinin rəisi Əhməd Mirzəbəyov, bu gün ,,əndazəni aşır'' desək, heç də yanılmarıq. Çünki, adı çəkilən bu şəxs RİH-nin başçısı Musa Şəkiliyev qalsın bir yana, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovu da ,,topa tutmaq''dan da ehtiyat etmir. Belə ki, redaksiyamıza daxil olan səhih mılumatlara görə Əhməd Mirzəbəyov illər uzunu daşıdığı vəzifəsinin hesabına ,,levı yollar''la mənimsədiyi pullar hesabına rayonun ən imkanlı şəxslərindən birin çevrildiyindən, artıq bu şəxs Saleh Məmmədova da ,,buynuz göstərir''. Yəni, bu gün ,,Əhməd müəllim necəsən?'' deyə ona sual edən hər kəsə, necə olacağam hazırda Musa Şəkiliyevlə Saleh Məmmədovun ortasında qalmışam'' cavabını verir. Çünki, RİN-nin başçısı bir neçə şəhidin dəfn xərclərini mənə tapşırıb, Saleh Məmmədov da şəxsi vəsaitlərim hesabına təmir etdirdiyim texnikaları cəbhə bölgəsinə göndərməyi tapşırıb. Bu şəxslər heç cür başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, mən yol istismarı idarəsini rəisiyəm, hansısa istehsal müəssisəsinə rəhbərlik etmirəm ki, istehsal etdiyimiz məhsullarımızı satıb qazanc əldə edək və həmin qazancın müəyyən hissəsini bu kimi tapşırıqların yerinə yetirilməsinə xərcləyək. Bir sözlə, bu gün daşıdığım vəzifəmdə heç də işləmək istəmirəm. Çünki, Musa Şəkiliyevlə bərabər, Saleh Məmmədov da məni lap ,,boğaza yığıb''. Hazırda ev şəraitində müalicə olunuram. Bilmirəm canımın hayına qalım, yoxsa məni ,,boğaza yığan'' bu şəxslərin tapşırıq və əmrlərini yerinə yetirim.
P. S. Hörmətli oxucular! Qax Yol İstismarı İdarəsinin rəisinin bu cür yanaşmaları təəccüb doğuran halların varlığıdır. Çünki, ,,Bu gün hər şey cəbhə üçün, hər qələbə üçün'' şüarının təbliğ olunduğu bir vaxtda, bu Əhməd Mirzəbəyov var-dövlət qazanmaq haqda düşünür. Müəyyən söz-söhbətlərə görə bu şəxs Əhməd Əhmədzadəni özünə ,,krışa'' hesab etdiyindən, hazırda o, həm ,,əndazəni aşır'', həm də hər cür iyrənc addımlara qol qoyur. Bu yöndə araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Nyus.Azhttp://www.dia.az/8/268418-qaxda-talanchi-memur-peyda-olub.html
Tarix: 24-10-2020, 16:29