"İki ildən çoxdur bizi süründürürlər" - GİLEY

Ağsu şəhərindəki mərkəzi bazarda baş vermiş yanğından iki ildən çox vaxt keçir. Amma yanğın nəticəsində dəymiş ziyana görə sığorta ödənişilə bağlı mübahisə hələ də həllini tapmayıb. Bazarda işləyib evinə çörək aparanlar deyir ki, Prezident Administrasiyasından tutmuş, parlamentdə Ağsunu təmsil edən deputat Tahir Kərimliyə, Maliyyə Bazarlarına Nəzarət Palatasına qədər müxtəlif dövlət orqanlarına üz tutublar.
DİA.AZ bildirir ki, bazarın rəhbərliyi məhkəmədə “AzSığorta” şirkətinə qarşı iddia qaldırıb. Göstərib ki, sığorta şirkəti bazarda çalışan sahibkarlara qarşı ədalətli davranmayıb. Yanğın nəticəsində dəymiş ziyan ədalətli qiymətləndirilməyib, vaxtında ödəniş edilməyib ki, insanlar işini bərpa edə bilsin.
Mübahisəyə xeyli vaxtdır Bakı Kommersiya Məhkəməsində hakim Səbinə Nuriyeva baxır.
Bazarın təsisçilərindən Varis Nəzərov deyir ki, yanğın 2018-ci il aprelin 15-də baş verib. Hadisə nəticəsində bazara daşınmaz əmlak üzrə 75 min 541 manat, daşınar əmlakın sıradan çıxmasına görə isə 114 min 606 manat ziyan dəydiyi müəyyənləşdirilib: “Yanğın olan kimi sığorta şirkəti gəlib araşdırdı. Ekspertizadan da adam gəlmişdi. Birlikdə ölçüb-biçdilər və belə nəticəyə gəldilər ki, burada qəsdən törədilmə - cinayət tərkibi yoxdur. Bizə çox ziyan dəymişdi, bircə çöp də çıxara bilməmişdik. Binanı sığortalamışdıq, amma içindəki avadanlığı yox. Binaya əslində, 150 min manata qədər ziyan dəymişdi. Dedilər ki, çoxdu. Nəsə, təxminən 76 min ziyan qeydə aldılar. Biz də razılaşdıq, düşündük ki, nə də olsa, köməkdi…”
V.Nəzərovun sözlərinə görə, sonradan bu vəsaiti də ödəmək istəməyiblər, amma bunu açıq şəkildə deməyiblər. Bir müddət keçəndən sonra bazar rəhbərliyi sığorta şirkətinə müraciət edərək, ödənişin həyata keçirilməsini istəyib. Cavab alıblar ki, ödəniş bir qədər vaxt aparan prosesdir, səbr eləmək lazımdır: “Amma bizi əmin eləmişdilər ki, ödəniş olacaq. Ekspertiza da icazə verdi ki, bərpa işlərinə başlayaq. Çünki onlar araşdırma üçün nə lazımdısa, artıq eləmişdilər. Biz də borc tapıb, bərpa işlərinə başladıq. Düşündük ki, sığorta ödəniləndə borcu qaytaracağıq. Bir müddət sonra sığorta şirkətindən zəng vurub soruşdular ki, 15 min manat bəsinizdir? Şoka düşdüm, dedim, necə yəni 15 min? Akt yazılıb, zərər qeydə alınıb. Gördük, vermək istəmirlər, başladıq şikayətlər etməyə…”
Sahibkar deyir ki, onların şikayətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasına yönləndiriblər. V.Nəzərov iddia edir ki, bu qurumda da heç bir araşdırma aparmadan onlara cavab göndəriblər: “Təsəvvür edin, heç nədən söhbət getdiyini bilmirlər. Yanan bazardı, bizə yazıblar ki, “maşınınıza dəymiş ziyanın hesablanması üçün ekspertiza təyin edilsin”. Yenə şikayətləri davam etdirdik. Bundan sonra zəng eləyib dedilər ki, araşdırmışıq, 27 min 500 manat ödənilməlidi. Etiraz elədim. Dedilər ki, yenə ekspertiza keçirilməlidi. Aşkar yubatmağa başladılar, ona görə məhkəməyə müraciət eləməyə məcbur olduq. Məhkəmədə də xeyli yubandı. Dedilər ki, yenə ekspertiza olmalıdı. Etiraz etdim ki, nəyi ekspertizadan keçirəcəksiz, axı bərpa olunub artıq? Baxmadılar, yenə ekspertiza təyin elədilər. Ekspert gəlib görəndə təəccübləndi ki, “məni niyə bura göndəriblər”. Çünki tikilib qurtarırdı hər şey...”
Bazarın təsisçisi ilə yanaşı, orada çalışan sahibkarlar, satıcılar da deyir ki, özlərini aldadılmış hiss edirlər. Çünki sığorta ödənişi ediləcəyini düşünüb, borcla bərpa işlərinə başlayıblar.
“İnandıq ki, pulumuz ödəniləcək. İşin dayanmasını da istəmirdik. Çünki evimizə buradan çörək aparırıq. İşə başlamağımız bunları lap arxayınlaşdırdı”, - bazarda işləyənlər belə deyir.
Ağsu sakini Nizam Nəhmədov məhkəmənin də uzanmasından narazıdır. O, ölkə rəhbərliyinə müraciət edərək, bu işi nəzarətinə götürməsini istəyib: “İki ildən çoxdur bizi süründürürlər. Ümidimiz prezidentədir”.
Ağsudakı mərkəzi bazarda qənnadı məhsullarının satışıyla məşğul olan Mustafa İsmayılov danışır ki, onun fəaliyyət göstərdiyi ərazi ən çox yanan hissə olub. Obyekt sığortalı olsa da, pulu ala bilmirlər: “Prezidentdən xahiş edirik ki, sığortanın düzgün, qayda-qanunla ödənilməsində bizə kömək eləsin”. “AzSığorta” şirkətinin nümayəndəsi isə məhkəmədə bildirib ki, sığorta ödənişi qarşı tərəfin razılaşmamasına görə gecikib. Nümayəndə deyib ki, bazar tam yox, müəyyən hissələri sığortalanıb. Şirkət hesablama aparıb və təxminən 30 min manat ödəniş etməyə razılıq verib.
Tarix: 30-09-2020, 12:36
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”