Başçının müavini özü danışdı -Kaş ki elə olaydı



Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun övladlarına məxsus olduğu bildirilən maşınların fotosu  yayılıb.
Axar.az xəbər verir ki, sosial şəbəkə fəalı tərəfindən paylaşılan məlumatda başçı müavininin oğlanlarının maşın kolleksiyası olduğu vurğulanıb.

Yayılan fotolar və iddialarla bağlı saytımıza açıqlama verən İ.Məmmədov bildirib ki, ailəsinə məxsus cəmi 2 maşın var:
“Oğlanlarıma məxsus avtomobil kolleksiyasının olması barədə yayılan məlumatlar şər-böhtandır. Allah eləsin ki, mənim oğlumun 5 maşını olsun. Amma evimizin cəmi 2 maşını var. Özümünkü 2006-cı ilin "Rənc Rover"idir, onun da bazardakı təxmini qiyməti 11-12 min dollardır. Oğlumun isə "Toyota Kamri" markalı avtomobili var. Bunu Dövlət Yol Polisi ilə dəqiqləşdirə bilərlər. Paylaşılan məlumatlarda bir nömrənin bir neçə avtomobildə olduğu görünür. Amma həmin avtomobil satılmasa və başqası alınmasa, bu hal mümkün deyil. Səhv məlumatı kim hansı məqsədlə yayıb, bilmirəm".
Siam.az
Tarix: 26-09-2020, 20:32
Xəbəri paylaş



Xəbər lenti