İdarə rəhbəri qoyulan qadın Bakıda ər evində, qaynata başçıya hesabat verir – AĞDAMDA İLGİNC OLAY

 



“Ağdam rayonunda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Deyə bilərəm ki, bizim rayonumuzda belə hallar mövcud deyil və icra başçısı kimi buna qarşı daim mübarizə aparıram”.
Bunu bir müddət əvvəl KİV-lərə Ağdam rayonunun icra başçısı Vaqif Həsənov demişdi.
Prezident İlham Əliyevin tapşırıqlarının dəqiqliklə yerinə yetirildiyini bildirən icra başçısının sözlərinə görə, Ağdamda dövlət idarələri və müəssisələrində daha çox gənclərin işə götürülməsinə üstünlük verilir.
Xub, icra başçısının yalan danışmasını qısaca olaraq sübut edəcəyik.
Məqalədə onun keçmişindən, rüşvət olayı ilə bağlı səs yazısından, hətta bu yaxınlarda karantində rayonda olan toy-nişan mərasimini də qeyd etməyəcəyik.
Məsələ ondadır ki, Həsənov rayonu idarə edə bilmir, yaxud idarəçiliyi ilə prezidentin tapşırıqları üst-üstə gəlmir.
Aktualxeber.az –a rayondan verilən xəbərə görə vəzifədə olanlar yaşlandıqda yerlərini perspektivli gənclərə yox, öz qohum əqrabalarına verirlər.
Məsələn, Novruzlu kənd icra nümayəndəsi Hüseyn Kazımov 70 yaşı tamam olduğu uçun işdən azad edilib. Əvəzində Həsənov onun yerinə gəlini-Kazımova Sayad Süleyman qızını təyin edib. Biabırçılıqdır.
Məğər feodalizm quruluşudur Ağdamda,bu nə təfəkkür, bu nə idarəçilikdir belə? Məsələ ondadır ki, Kazımovun səhhətində problem yaranıb, mart ayında avtoqəza keçirib, “mersedes”i yük maşınının altına girib əzilmişdi. Gəlin də ayağını evdən çölə qoymur.Özü də Ağdamda yox Bakıda ər evindədir. İdarənin işi, möhürü qalıb ortalıqda.
Vaqif Həsənov toplantı keçirəndə Hüseyn Kazımov iştirak edir. Bir dövlət orqanı soruşmur ki, bu adam burda nə gəzir, idarə rəhbəri kimi adı keçən qadın hardadır?
Deyək ki, icra başçısı kresloda günlərini sayır, vecinə deyil. Bəs rayonun prokurorluğu, DTX-sı hara baxır, qanunu kim qoruyacaq bu rüşvətxor feodallardan.
Biz redaksiya olaraq bütün aidiyyatı qurumlara sorğu göndərəcəyik.
Tarix: 16-09-2020, 07:38
Xəbəri paylaş



Xəbər lenti