Qusar rayon İcra Hakimiyyətinin başçıs Şair Alxasov da indiyə qədər barəsində olunan şikayətləri ustalıqla gizlədə bilənlərdəndir. Milyonlarla dövlət vəsaitini mənimsəmək hesabına var dövlət sahibi olan digər başçı həmkarlarından heç də geri qalmayan Şair Alxasovun da sözügedən rayonda qanunsuz yollarla əldə etdiyi mal,mülk barədə məlumatlar dolaşmaqdadır.Tikinti biznesindən birbaşa İcra Hakimiyyəti sitemində rəhbərliyə keçmiş Şair Alxasov məlum olduğu kimi artıq on üçüncü ildir ki,Qusar rayonuna başçılıq edir.Bu müddət ərzində rayonu bir biznesmen kimi idarə etmiş Şair Alxasovun yol verdiyi qanunsuzluqların nə qədəri gizlədilib,bizlərə bəlli deyil.Amma son aylarda üzə çıxan bəzi məsələlər Şair Alxasovun da heç də az qanunsuzluqlara yol vermədiyini göstərir. Mediada yer alan məlumatlara əsasən cumhuriyyet.az Qusar rayon İcra Hakimiyyəti tərəfindən elə son bir neçə ayda keçirilmiş tender prosedurlarında yol verilmiş bəzi nöqsanları araşdırıb.Bu ictimai nəzarət artdıqdan sonra tenderlərdə yol verilmiş qanunsuzluqların bir qismidir.İndi təsəvvür edin bir neçə il əvvəl Şair Alxasovun rəhbərlik etdiyi İcra Hakimiyyəti nə qədər belə qanunsuzluqlara yol verib.
Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş tender prosedurlarına yekun vurulub və 13.08.2020-ci il tarixdə inventarların satın alınması üzrə 23245 manat,maşın və avadanlıqların satın alınması üzrə 5110 manat dəyərində və minik avtomobillərinə ehtiyyat hissələrinin satın alınması üzrə 6503 manat dəyərində satınalma müqavilələrini “Raul-2018” MMC ilə bağlayıb. Əsaslı təmir işlərinin satın alınması üzrə isə 24567.6 manat dəyərində müqavilə “Aysu-2012″MMC ilə bağlanıb. İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixdə dəftərxana və təsərrüfat malların satın alınması üzrə 5932.05 manat dəyərində müqavilə də “Raul-2018” MMC ilə bağlanılıb. 07.08.2020-ci il tarixdə şəhər yollarının əsaslı təmiri üzrə 539 097.75 manat dəyərində müqavilə “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin abadlaşdərma iş və xidmətlər üzrə 588654.33 manat dəyərində müqavilə də “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatının qalib elan etdiyi “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyət cəmi bir il yarım olar ki,yaranıb. Belə ki, cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara əsasən bildiriur ki, cari ilin may ayından başlayaraq respublikanın şimal bölgəsində Siyəzən və Şabran rayonlarında küçə yollarının əsaslı təmiri,abadlıq işlərinin görülməsi,işıqlandırma işləri,mənzil fondunun əsaslı təmiri işləri kimi 8 tenderin qalibi olub.Maraqlıdır cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılmış sözügedən MMC-nin maddi texniki bazası eyni anda bir neçə rayonda müxtəlif işlər görməyə imkan verirmi?Qusar rayon İcra Hakimiyyətinin Tender Komissiyası bu MMC-nin maddi-texniki bazası barədə bizə nə kimi məlumat verə bilər?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı Ərazi Vergilər İdarəsində 11.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu,Beyləqan şəhəri, Əzizbəyov ev 28,qanuni təmsilçisinin isə Abdulov Zəfər Yusif oğlunun olduğu göstərilir. Sözügedən MMC-nin iyunun 25 də tutduğu vəzifədən azad edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin keçmiş rəisi Zəfər Abdulova məxsus oldiğu bildirilir. Qusar rayon İcra Hakimiyyətinin tenderlərin qalibi elan edərək müqavilələr bağladığı digər MMC-lərə diqqət yetirək.Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAUL-2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Turanə Arzuman qızının olduğu göstərilir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AYSU-2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 10.05.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir. Qeyd edək ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nətizəsində 1983-cü il təvəllüdlü Tahirova Günel Arzuman qızının qanuni təmsilçisi olduğu “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.07.2019-cu ildən 08.08.2019-cu il tarixlərdə Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş inventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin satın alınması üzrə ümumi dəyəri 56 714 manat olan 4 tenderin də qalibi olması məlum oldu.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir. Qusar rayon İcra Hakimiyyətinin daim iş gördüyü Quba rayonundan olun iki bacıya məxsus bu MMC-lər kimlər tərəfindən idarə olunur? İnventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin aparılması kimi işləri bu qadınlar necə həyata keçirirlər?Ümumiyyətlə,görəsən bu qadınlar minik avtomobillərinin hər hansı bir ehtiyyat hissəsini tanıyırlarmı? Yoxsa bu Şair Alxasovun iz azdırmaq üçün formal olaraq yaratdığı MMC-lərdir ki,öz adamları tərəfindən idarə olunur.
https://www.cumhuriyyet.net/kunc/arasdirma/153321-sair-alxasov-qusar-rayonunda-qubali-bacilarla-n%c9%99-kimi-isbirliyi-gorur.html
Tarix: 9-09-2020, 16:02