Cəlilabad RTŞ-də BİABIRÇILIQ: Qərənfil Əhmədovanın pul yığanı QAYITDI-VİDEO


        Cəlilabad RTŞ-də BİABIRÇILIQ: Qərənfil Əhmədovanın pul yığanı QAYITDI-VİDEO
Rüşvət aldığına görə məktəb direktoru vəzifəsindən azad edilən şəxs yenidən təhsil ocağına rəhbər gətirildi.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktor müavini Həqiqət Rzayeva 2016-ci ildə aldığı rüşvətə görə məktəbdən qovulmuşdur. “Fədakarlığını” nəzərə alan Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova, H. Rzayevanı yenidən işinə qaytarıb.

Maraqlı məqam ondan ibarətdir ki, TŞ-nin müdiri Qərəbfil Əhmədova məsələnin mahiyyətini bilə-bilə müəllim kolektivindən narazı kütlə yaradır. Xatırladaq ki, elə məhz Q. Əhmədova haqqında sosial şəbəkədə rüşvət qalmaqalı ilə səs yazısı yayılmışdır. Deməli, Həqiqət Rzayevanı yenidən işə bərpa etmək bir başa şəxsi mənafeylərə xidmət edir.

Cəlilabad rayonundan sızan məlumatlara görə, TŞ-nin müdiri Qərənfil Ağayevanın atdığı addım müəllimlər tərəfindən böyük narazılıqlarla qarşılnıb. Məlumatlarda o da vurğulanır ki, müəllim kollektivi Q. Əhmədovanın özbaşınalığından və təhsili qazanc məqsədi ilə idarə etdiyindən Təhsil Nazirliyinə şikayət ünvanlayacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

Direktor müavini işləyən Həqiqət Rzayevanın aldığı rüşvət siyahısını təqdim edirik:







Tarix: 1-09-2020, 08:22
Xəbəri paylaş



Xəbər lenti