Gəncə İHB-nin rəsmi açıqlamasını kim və niyə sildirdi? - FOTO

Ötən gün "Demokratik.Az"da yayımlanan Gəncənin icra başçısı kommunalın işçilərini niyə motosikletdə daşıtdırır ? sərlövhəli xəbərə Gəncə icra Hakimiyyəti özünün "facebook" səhifəsində aydınlıq gətirib. Rəsmi bəyanatda deyilib:
"Gəncədə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata dair bildiririk ki, hadisə haqqında araşdırma aparılıb. Araşdırma zamanı MKTİB-in əməkdaşları R. Məmmədov və M. Babayev buraxdıqları nöqsana görə işdən kənarlaşdırılıblar.
Eyni zamanda R. Məmmədov DYP tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cəzalandırılıb. M. Babayev isə karantin rejimini pozduğu üçün cərimələnib. Digər xanım əməkdaşlarla profilaktik söhbətlər aparılıb".. - sitatın sonu!..
Azərbaycanın ikinci böyük şəhərində İHB-ni təmsil edən şəxslərin açıqlama - təbirindən aydın olur ki, bu cavabı hazırlayan dövlət qurumu məsələnin mahiyyətinin köklü həllində maraqlı deyil.
"Demokratik.Az"-ın məsələ barədə əldə etdiyi özəl xəbərə görə, xəbərin yalnız görünən tərəflərinə diqqət ayıran və problemin həllini Kommunal idarənin iki işçisinin çıxarılmasında, eləcə də motosiklet sürücüsünə inzibati cərimə tətbiq etdirməkdə görənlər əslində olaya şərait yaradan bir neçə yerli məmurları "sudan quru"ya çıxarmağa, xoşagəlməz eyiblərini pərdələməyə cəhd ediblər. Bu primitiv planın başında isə icra başçısı cənab Niyazi Bayramovun özünün dayandığını söyləmək olar.
İHB-nin yaydığı və bir gün sonra da heç bir izah vermədən sildiyi açıqlamadan sonra əldə etdiyimiz məlumatda bildirilir ki, bir neçə trol şərhə də meydan verən mövqenin silinməsi təşəbbüsü Niyazi Bayramovun dostu, şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəhbəri İlham Quliyev tərəfindən irəli sürülüb. Səbəb isə, əslində heç kimin işdən çıxarılmaması, motosikletə yazılan cərimə cəzasından başqa, digər yazılanların yalan olmasıdır.
Təəssüf edirik ki, Gəncə İHB də özlərinin yaratdığı süni problemlərinin həllini manipulyasiyalarda, yazıq-zavallı təmizlik işçilərini işdən uzaqlaşdırmaqda axtarır. Əslində isə, problemin həlli icra başçısının və İlham Quliyevin idarəçilik metodlarındadır...

Tarix: 27-08-2020, 09:22
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...