“Bələdiyyə deyir, get icraya yalvar, icra deyir, bələdiyyəyə” - NARAZILIQ...

“Yağış yağan kimi atam, anam bir qonşunun, uşaqlar ikinci qonşunun, yoldaşımla mən də üçüncü qonşunun evinə sığınırıq. Yenə soyuqlar gəlir, yağışlar başlayır, bu, o deməkdir ki, bizim də qara günlərimiz başlayır”. DİA.AZ bildirir ki, Göyçayın Çərəkə kənd sakini Əli Əhmədov 4 uşaq atasıdır. Onun sözlərinə görə, 1958-ci ildə çiy kərpicdən tikilmiş ev hazırda başlarına uçur. Ancaq təmir-bərpa etmək imkanı yoxdur. Əvvəllər zibildaşıyan maşında işləyən Əli Əhmədov indi müzdlü fəhləliklə məşğuldur. Deyir, 1 gün iş olanda, 10 gün olmur.
“Onun-bunun qapısında fəhləlik edirəm. Əvvəllər zibilyığan idim, maaşım çox az idi, gecələri səhərədək zibil maşını ilə Göyçayın içində zibil yığmaqla məşğul olurdum, ancaq maaşım çox az idi. Ona görə də işdən çıxmalı, qapılarda fəhləlik etməli oldum. İndi qapısında fəhlə işlədən də yoxdur. Hamı öz işini özü görməyə çalışır. Çünki vaxtilə maddi imkanı normal olan insanlar da karantin başlayandan müflisləşib. Dövlət idarələrinə gedirəm, xəstəliyimi bəhanə edib qapıdan geri qaytarırlar, deyirəm, bəs bu dörd uşağı necə böyüdüm? Qalmışıq çörəksiz, susuz... 4 uşağın qarnını necə doydurum, əynini necə geyindirim, bilmirəm. 3 oğlan, 1 qız ağzını açıb, üzümə baxır, çörək, su istəyir”, - Əli Əhmədov deyir.
Yaşadıqları evin uçmaq təhlükəsi var. Əli Əhmədov deyir, ev dağılsa, dörd uşaq, iki ahıl yaşlı valideyni dağıntı altında qalacaq: “Bir-iki dəfə möhkəm yağış töksə, evin damı yatacaq yerə... Qonşulara “gələk sizdə gecələyək” deməkdən də üzümüzün suyu gedib. İcra hakimiyyəti deyir, biz ev tikmirik. Uşaqları da yığıb aparmışdım, başçının müavini dedi, yazıqdı bu uşaqlar, niyə salmısan küçələrə. Dedim, onsuz da küçələrdə qalır bu uşaqlar, evə girsələr, dam başlarına yatsa, tikələri də ələ gəlməyəcək. Müavin dedi, məni də başa düş, mən cibimdən ev tikən deyiləm axı. Get bələdiyyəyə, yalvar, bəlkə onlar kömək edər. Bələdiyyəyə də getdim, bələdiyyə sədri dedi, bizdə inşaat materialı yoxdur ki, sənə kömək edək, evini təmir, bərpa edəsən. Get, icra hakimiyyətinə yalvar, bəlkə ordan kömək edərlər. Beləcə, qalmışam bələdiyyəylə icra hakimiyyətinin arasında... Dövlət vətəndaşın mənzil şəraitini yaxşılaşdırmır, çadır qurub yaşamasına imkan vermir ki, inkişaf etmiş ölkəyik, bizdə çadırda yaşamaq olmaz. Bəs bu dövlət mənim vəziyyətimdə olan vətəndaşı haqqında nə düşünür?”
Əli Əhmədov deyir, Göyçaydakı ehtiyaclı ailələr üçün karantin günlərində yardımlar ayrılsa da, yerli icra hakimiyyətinə etdiyi müraciətlərə baxmayaraq, onun ailəsinə ərzaq yardımı edilməyib. Bir dəfə icra nümayəndəsi yardım gətirib, o, yardımı geri qaytarıb. Səbəbindən danışır: “Karantin vaxtı bizə bircə dəfə yardım gətirildi, onu da ətraflı danışım sizə, görün, siz o yardımı qəbul edərdizmi? Deməli, neçə gün idi ki, uşaqların dilinə yavan çörək də dəymirdi. Mən də icra hakimiyyətinə müraciət edirdim ki, karantinlə əlaqədar ehtiyaclı ailələrə ayrılan yardımlardan bizə də verilsin. Nəhayət ki, dəfələrlə müraciətlərimdən sonra bir gün icra nümayəndəmiz bizə yardım gətirirmiş, yolda həyat yoldaşımla rastlaşıb. Maşını saxlayıb, yoldaşımın üstünə acıqlanıb ki, “nə var dilənçi kimi başçıdan yardım istəyirsiz? O da məni yükləyir, deyir, apar ailənin ağzına bir az çörək at, şikayətlənməsin. Mən də məcburam ki, öz cibimdən alıb gətirim. Mən sizin qarnınızı doyduranam?” Həyat yoldaşım qaça-qaça evə gəldi, ağladı, dedi, icra nümayəndəsi məni hamının içində aşağıladı, ağzından çıxanı dedi, onun gətirəcəyi ərzaq bizə lazım deyil. Bir azdan icra nümayəndəsi gəldi, maşını qapımızda saxladı, maşının arxasındakı baqajı açdı, baqajdakı ərzaqları çəkə-çəkə başladı kameraya danışmağa ki, bəs, sağ olsun prezidentimiz, sağ olsun icra başçımız, ehtiyaclı ailələri karantin günündə ərzaqsız, yardımsız qoymur. Mən də dedim, mənə belə yardım lazım deyil, min maşına, sür get. İcra nümayəndəsi gedib başçıya deyib ki, o ailə qudurub, yardımı qəbul eləmədi”.
Əli Əhmədov deyir, rayondakı məmurlara müraciət etməkdən keçib, ümidi yalnız ölkənin başçısına qalıb. O, Prezidentdən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması üçün aidiyyəti qurumlara göstəriş verməsini istəyir.



Tarix: 27-08-2020, 08:57
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...