Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə

“Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
Aktualinfo.org ölkə başçısından gətirdiyi bu sitatı məhz Biləsuvar Rayon İcra Hakimiyyətinə yeni təyin olunmuş başçı Faiq Qürbətova bir daha niyə xatırladır? Öna görə ki,Biləsuvar sakinləri bu rayonda uzun müddət ağalıq etmiş Mahir Quliyevin zülmündən təzə qurtarıb.Amma onun nəzərinə çatdırmaq istəyirik ki,bu rayonda çoxdandır ağalıq edənlər hələ də qalmaqdadır.Onlardan biri və bəlkə də birincisi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.Birbaşa Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Aşıq Səhmdar Cəmiyyətinə tabe olan bu idarə bir kənd təsərrüfatı rayonu olaraq Biləsuvarda əhalinin ən çox ayaq açdığı qurumlardan biridir.Biləsuvarda əhaliyə ən çox zülüm verən də məhz bu qurumdur.İdarənin müdiri Ədalət Babayev azı iyirmi ildir ki,bu rayonda sözün həqiqi mənasında ağalıq edir.Odur ki,yeni İcra başçısı sakinlər arasında yaranmış narazılığı aradan qaldırmaq üçün ilk növbədə məhz Ədalət Babayevin fəaliyyətini araşdırmalı,onun ağalığına son qoymalıdır.
Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinə məxsus texnikalar idarənin işini görmək əvəzinə gündəlik icarəyə çıxarılır,yəni,sifariş olan yerlərdə çalışır. Rayondakı su nasoslarının adına yanacaq və sürtkü materialı silinir. Motorlar işləmədiyi halda işləyirmiş kimi rəsmiləşdirilir.Ədalət Babayev yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə heç bir köməklik göstərmir. Məlumatlı mənbə iddia edir ki, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər, eləcə də yanacağın böyük hissəsi mənimsənilir.Ədalət müəllimin ən böyük biznesi yanacaq alveridir.Bundan başqa Ədalət Babayev il ərzində idarənin keçirdiyi tender prosedurlarından da kifayət qədər pullar qazandığı bildirilir.
Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderlərdə avtonəqliyyat vasitələrinin cari təmirinə ehtiyat hissələrinin satın alınması üzrə 60483.26 manat,əsaslı təmir üçün ehtiyat hissələrinin satın alınması üzrə 43218.68 manat,tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması üzrə 72686.58 manat,mexanizasiya və istehsal obyektlərinin cari təmirinə ehtiyyat hissələrinin satın alınması üzrə 83975.34 manat,mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması üzrə isə 218631.11 manat təşkil edən, ümumi dəyəri 478995 manat olan satınalma müqavilələri 20.05.2020-ci il tarixdə “RUZİ” Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlanmışdır.
Qeyd edək ki,Vergilər Nazirliyi Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “RUZİ” MMC Xocavənd rayon Vergilər İdarəsində 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xocavənd şəhəri, qanuni təmsilçisi Piriyev Teymur Bünyad oğludur.”Ruzi”MMC-nin fəaliyyət sferası bəlli deyil. Lakin MMC-ni idarə edən tamam başqa şəxslərdir. Aktualinfo.org-un əldə etdiyi məlumatlarda MMC-nin Yaşar Allahverdiyev adlı şəxs tərəfindən idarə olunduğu bildirilir. Bəs bu Yaşar Allahverdiyev kimdir? Yaşar Allahverdiyev Salyan rayonundan olub sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda sahibkarlıq fəaliyyətini genişləndirmiş Yaşar Allahverdiyev bölgənin ən imkanlı şəxslərindən hesab olunur. İki ay ərzində 50-dən çox tenderin qalibi olması isə onun işgüzarlığından daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə yaxınlığından xəbər verir.Güman ki,burada Ədalət Babayevin də rolu olubdur.
Biləsuvar Suvarma Sistemləri İdarəsinin 2019-cu ildə keçirdiyi tenderlər də maraqlıdır.Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 30.08.2019-cu ildə ümumi dəyəri 352 482 manat dəyərində 4 tenderin qalibi AYZBERQ-M MMC olub.Lakin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda belə bir MMC-nin mövcud olmadığı göstərilir. Satılmaların vahid elektron portalında yerləşdirilmiş məlumatda podratçıya aid olduğu bildirələn VÖEN-in (4100023151) Biləsuvar Suvarma Sistemləri İdarəsininə məxsus olduğu bəlli oldu.Bu da Ədalət Babayev dövlət vəsaitlərini mənimsəmək üçün işlətdiyi onlarla üsullardan biri olduğu deyilir.
Aktualinfo.org
Tarix: 25-08-2020, 21:38
-
Dünən, 23:02
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
-
Dünən, 23:01
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
-
Dünən, 22:45
Ankarada tarixi dəyişiklik müzakirəsi – Türkiyəni iki qüvvə idarə edəcək?
-
Dünən, 22:35
Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Şagirdlərin sinifdə saxlanılması...
-
Dünən, 22:32
Abşeronneft Neft Qaz çıxarma idarəsində qazanc yoxdur, işlək boruları satıb pul qazanırlar - VİDEO
-
27-07-2026, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
27-07-2026, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
27-07-2026, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
27-07-2026, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
27-07-2026, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
27-07-2026, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
27-07-2026, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
27-07-2026, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
27-07-2026, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
27-07-2026, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
27-07-2026, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
27-07-2026, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
27-07-2026, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
27-07-2026, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
27-07-2026, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
27-07-2026, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
27-07-2026, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
27-07-2026, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ