Göyçayda bir gecədə 60-dan çox meyvə ağacı kəsilib



Göyçay rayonunda üzərində meyvələri olan ağaclar şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.
“Report” xəbər verir ki, rayonun Şıxbəy kənd sakini Elçin Hüseynova məxsus bağda 150-ə yaxın meyvə ağaclarının yarısı kəsilib.
Elçin Hüseynovun sözlərinə görə, ona məxsus olan 2 hektar pay torpağının 1 hektarında 6 il öncə xurma və heyva ağacları əkib. Artıq bir aydan sonra yenidən meyvələri dərməyi planlaşdıran təsərrüfat sahibi bağa gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.
Belə ki, hər birinin üzərində təqribən 10 kq meyvə olan 60-dan çox xurma və heyva ağacları bir gecədə kəsilib.
Heç kimlə hər hansı bir ədavətinin olmadığını deyən bağ sahibi bu hadisəni törədənlərin tapılmasını istəyir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırma aparılır.


Tarix: 16-08-2020, 13:06
Xəbəri paylaş



Xəbər lenti