Tarixi “Gəncə Bazarı” yenidən bərpa olunur – VİDEO
Gəncəlilərin vaxtilə “Gəncə Bazarı” və ya “Kolxoz bazarı” kimi tanınan tarixi bazarı uzun illər istər şəhər sakinləri, istərsə də ətraf bölgələrdə yaşayanların üz tutduğu bir məkan idi. Tarixi mənbələrə görə, bazarın yaşı bir əsrə yaxındır. Gəncənin mərkəzində yerləşən bazar təxminən dörd il öncə tamamilə sökülüb. Baku TV-nin məlumatına görə, bu günlərdə isə yenidən inşa edilir. Bildirək ki, qədim bazar ən müasir tələblər çərçivəsində tikiləcək. Layihəyə əsasən bazarın inşası iki əsas istiqamət üzrə aparılacaq. Tikintidə şəhərin qədimliyi, həmçinin, müasirliyi əks olunmalıdır. Ayrıca Gəncə şəhərini tərənnüm edən tarixi ornamentlərdən də istifadə ediləcək. “Gəncə Bazarı”nın bir hissəsi ilin sonunadək, tam istifadəyə verilməsi bir il ərzində nəzərdə tutulub.