10 manatlıq şirkət milyonluq tenderləri necə udur?



Göygöl Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 859 424.66 AZN olan müqavilə imzalayıb. 
Yenisabah.az xəbər verir ki, müqaviləyə əsasən MMC Göygöl şəhərinin Dədə Qorqud, Niyazi və Səttar Bəhlulzadə küçələrində yolların əsaslı təmirini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Ərdağ MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub. 
Elə bu il iyunun 8-də Gəncə Şəhər İcra Hakimiyyəti bu MMC ilə maliyyə dəyəri 3 milyon 174 min 710 manat 26 qəpik olan müqavilə imzalayıb. Şirkət bu məbləğə Gəncədə abadlıq-quruculuq işlərini yerinə yetirməlidir. 
Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə məxsusdur.
Hər halda 10 manatlıq şirkətin milyonluq tenderləri udması burada hansısa qaranlıq məqamların olmasından xəbər verir.
Tarix: 4-07-2020, 15:40
Xəbəri paylaş



Xəbər lenti