DİN Saatlıda yolu bağlamaq cəhdi haqda



Daxili İşlər Nazirliyi (DİN) Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 10:30 radələrində Saatlı rayonunun bir qrup kənd sakini toplaşaraq ərazidən keçən magistral avtomobil yolunu bağlamağa cəhd edib: “Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyəti qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilaktik söhbətlər aparılıb, onlardan bir neçə sakin rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”.
Tarix: 3-07-2020, 23:13
Xəbəri paylaş



Xəbər lenti