Elə bil Neftçalaya başçı yox... XAN GƏLİB! - Camaata sarı bir boylansaydı...

Neftçala sakinləri bildirilər ki, görünür Mirhəsən Seyidov ölkə prezidenti İlham Əliyevin onu Neftçalaya niyə yolladığını, ya bilmir, ya da unudub...
Koronavirus təhlükəsinin böyüməsi fonunda Neftçaladakı təbii fəlakət arxa fonda qalmaqdadır. Neftçaladan PİA.az-a daxil olan çox saylı müraciətlərdə isə əhalinin çarəsiz durumda olduğu və sakinlərin hökümətdən təcili addımlar atılmasını gözlədikləri bildirilir.
Qeyd edək ki, artıq iki həftədən çoxdur ki, Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu çayın mənsəbinə daxil olub. Bu üzdən də Kür çayının Xəzərə qovuşduğu Neftçala rayonunda böhran vəziyyəti yaranıb. Sakinlər içməli su problemi ilə üzləşiblər və hazırda Neftçalanın, həm yaşayış məntəqələrində, həm də əkin sahələri kəskin su qıtlığı yaşanmaqdadır. Böhranla bağlı Neftçala rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılsa da, PİA.az-a müraciət edən vətəndaşlar bu Qərargahın fəaliyyətinin olmadığını və icra başçısı Mirhəsən Seyidovun rəhbərliyi altında olan OQ-nin formal xaraklerli olduğunu bildirirlər. Hazırda Neftçala şəhərinin və bir çox qəsəbələrin suya olan ehtiyacını “Azərsu” ASC-nin bir neçə maşını həyata keçirir və təbii ki, “Azərsu”nun bir neçə maşını on minlərlə insanın suya olan ehtiyacını ödəyə bilməz.
Bizə verilən məlumata görə “Azərsu” ASC-nin maşınları əsasən Neftçala rayonuna və rayon mərkəzinə yaxın qəsəbələrə gündə bir dəfə su aparırlar və bu su da əhalinin bir qisminə çatır. Əhalinin böyük əksəriyyəti isə yerli maşınlardan suyu pulla almağa çalışırlar. Suyun qiyməti isə günü-gündən qalxmaqdadır. Belə ki, hazırda Aşağı Surra kəndində Kürdən yarışor su çəkib əhaliyə satan dəllallar bir maşın suyun qiymətini 50 manata qədər qaldırıblar. Əhalinin məcburən 50 manata aldıqları su isə işməyə yararlı deyil. Bu sudan tualet və hamam məqsədi ilə istifadə olunur.
Şikayətçilər bildirirlər ki, Mirhəsən Seyidovun rəhbərliyi altında olan Operativ Qərargah heç olmasa bu su dəllarının qarşısını almır və 1 maşın suya əvvəlki kimi 10-15 manat qiymət qoymur. Şikayətçilər bildirilər ki, Neftçalada yaşanan “Kərbəla günləri”, nə Mirhəsən Seyidovun, nə də Operativ Qərargahın vecinə deyil. Ümumiyyətlə isə Neftçalanın vəzifəli şəxsləri sudan qıtlıq çəkmədikləri kimi, xalqın da necə susuz qalmasından xəbərsiz kimi davranırlar.
Bu arada Neftçala sakinləri PİA.az-a bildiriblər ki, Mirhəsən Seyidov da özünü DTX tərəfindən həbs edilən sabiq başçı İsmayıl Vəliyev kimi aparır. Belə ki, iddia olunduğuna görə Mirhəsən Seyidov səhər saatlarında bir neçə saat İcra Hakimiyyətində göründükdən sonra günorta yeməyinə “Məkan” restoranına gedir.
(Qeyd edək ki, İsmayıl Vəlivdə vaxtını bu restoranda yeyib-içməklə keçirirdi). Axşam saatlarında isə gənc başçı, ya Müşviq qəsəbəsində dəniz sahilində yerləşən “Göy ev”ə gedir, ya da Qoltuq qəsəbəsində, “Yod-Brom” zavodunun yaxınlığıda olan restoranda dəniz mənzərəsini seyr edir. Başçının evinə də yeməklər restorandan getdiyi bildirilir.
Neftçala sakinləri bildirilər ki, görünür Mirhəsən Seyidov ölkə prezidenti İlham Əliyevin onu Neftçalaya niyə yolladığını, ya bilmir, ya da unudub. Belə olmasaydı, başçı vaxtını istirahət etməklə keçirməz və Neftçalanın qalaq-qalaq problemlərinin həlli ilə məşğul olardı.
Maraqlıdır ki, Neftçalada son 30 ildə su anbarı fəaliyyət göstərməyib və vətəndaşların evinə su birbaşa Kür çayından vurulub. Sovet dönəmindən qalan su anbarı isə məhv olmuş vəziyyətdədir.
Neftçalada su böhranı yarandıqdan sonra isə İcra Hakimiyyətinin və Operativ Qərargahın verdiyi yeganə qərar isə rayon mərkəzinin su-təchizat sisteminin yenidən qurmaq barədə mətbuata məlumat ötürməsi olub. Lakin bu qərarın nə zaman reallaşacağını heç başçı da bilmir. Qeyd edək Neftçalanın su-təchizat sistemi ilə bağlı ayrıca yazıyla çıxış edəcəyimizə görə indi bu qlobal problemə ötəri toxunuruq.
Hazırda Neftçalanın ən böyük problemlərindın biri də kənd təsərrüfatı sahələrinin susuzluqdan məhv olması təhlükəsi ilə üz-üzə olmasıdır. PİA.az-a müraciət edən yerli fermer və kəndlilər isə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin təcili rayona gəlmələrini və təxirəsalınmaz tədbirlər həyata keçirmələrini istəyirlər.
Onlar bildirilər ki, dəfələrlə icra hakimiyyətinə və Nazirliyə müraciət etmələrinə baxmayaraq, nların səsini eşidən yoxdur. Təəssüflə qeyd etməliyik ki, Kənd Təsərrüfatı Nazirliyində də Neftçaladakı kritik vəziyyət heç kimi maraqlandırmır.
Şikayətlərdəki iddialarla bağlı Neftçala rayon İcra Hakimiyyətinin və əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq...
Tarix: 17-06-2020, 06:55
-
Bu gün, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Bu gün, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Bu gün, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Bu gün, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Bu gün, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Bu gün, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Bu gün, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Bu gün, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Bu gün, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Bu gün, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Bu gün, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Bu gün, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
Dünən, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Dünən, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Dünən, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Dünən, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Dünən, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Dünən, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Dünən, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
25-07-2026, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
25-07-2026, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
25-07-2026, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
25-07-2026, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
25-07-2026, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“