Gəncədəki yeyintilər... SƏNƏDLƏ-SÜBUTLA... - Buna başqa nə ad qoyaq?..

Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 125 min 694 manat 40 qəpik olan və 4 fərqli adda keçirilən tender müsabiqələrinin qalibi “Spest Max” MMC şirkəti olub.
Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi “Abadlaşdırma xidmətləri” üçün “Spest Max” MMC-yə 40 min 730 manat, “Dəftərxana və təsərüfat xərcləri” üçün 32 min 680 manat 80 qəpik, “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 25 min 824 manat, “Maşın və avadanlıqlar” üçün 26 min 459 manat 60 qəpik ödəyəcək.
Qeyd olunan tender müsabiqələrinin 4-ü də eyni tarixlərdə icra olunacaq – 05.06.2020-ci il tarixində başlayıb 31.12.2020-ci il tarixində başa çatacaq.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət - “Spest Max” MMC cəmi 3 ay əvvəl - 11.03.2020-ci il tarixlərində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsinin 23.04.2020-ci il tarixində elan olunduğunu nəzərə alsaq, o zaman belə görünür ki, 4 fərqli istiqamətdə iş və xidmət göstərəcək “Spest Max” MMC mesabiqə elanından təxminən 1 ay əvvəl qeydə alınıb.
Onu da bildirək ki, “Spest Max” MMC ilə eyni tarixdə (11.03.2020), eyni ünvanda (Sumqayıt şəhəri, İnşaatçılar qəs., ev 606), eyni şəxs tərəfindən (Allahverdiyev Ramil Nəsib oğlu), eyni nizamnamə kapitalına (50 manat) malik daha bir şirkət qeydə alınıb. Bu şirkətin adı “Az Desent Group” MMC-dir.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 1-2 ay əvvəl qeydiyyata alınan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
“Spest Max” MMC və “Az Desent Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün olmasa da, hər iki şirkətin qanuni təmsilçisi olan Allahverdiyev Ramil Nəsib oğlunun ad, soyad və ata adına uyğun gələn şəxsin ictimai işçi kimi Ağcabədi rayonu üzrə “DOST İş Mərkəzi”dən əməkhaqqı aldığı görülür.
Onu da qeyd edək ki, bu cür vəziyyət dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil.
Bu dövlət qurumlarının "tender" müəmması: Layihələr bir aylıq şirkətlərə həvalə olunur – SİYAHI (https://www.yeniavaz.com/az/news/index/138965/bu-dovlet-qurumlarinin-tender-muemmasi-layiheler-bir-ayliq-sirketlere-hevale-olunur-siyahi)

Tarix: 12-06-2020, 09:34
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...