
Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində iki ABŞ hərbçisi həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“13 dekabr tarixində Suriyada tək bir İŞİD döyüşçüsü tərəfindən təşkil edilmiş pusuda 2 ABŞ hərbçisi və bir amerikalı mülki şəxs həlak olub”, – komandanlığın açıqlamasında deyilir.
Bildirilib ki, daha üç hərbçi yaralanıb, hücumu həyata keçirən döyüşçü isə zərərsizləşdirilib.
Hücum şənbə günü Suriyanın Palmira şəhərində ABŞ və Suriya hərbçilərinin birgə patrul zamanı baş verib. Daha sonra İŞİD məsuliyyəti üzərinə götürüb.