Konqresi 1991 və 2002-ci illərdəki qanunları ləğv etməyi planlaşdırır
ABŞ Konqresi ABŞ Prezidentinə Yaxın Şərqdə hərbi əməliyyatlar aparmaq səlahiyyəti verən 1991 və 2002-ci illərdəki qanunları ləğv etməyi planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, 2026-cı maliyyə ili üçün (1 oktyabrda qüvvəyə minən) Milli Müdafiə Səlahiyyətləri Qanunundan (NDAA) irəli gəlir.
ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Lakin son onilliklərdə ABŞ liderləri bu səlahiyyətdən xaricdə hərbi güc tətbiq etmək, o cümlədən mahiyyət etibarilə yeni əməliyyatlara başlamaq üçün fəal şəkildə istifadə ediblər.
Konqresin bir neçə üzvü ABŞ liderindən yalnız qanunvericilik səlahiyyəti ilə hərbi güc tətbiq etməsini tələb edən qətnamələr təqdim edib. Lakin bu qətnamələrin heç biri qəbul edilməyib.
Nəticə etibarilə, hər iki partiyanın nümayəndələri ABŞ prezidentlərinin son illərdə Yaxın Şərqdə güc tətbiq etmək üçün etibar etdikləri bu iki qanunu ləğv etmək qərarına gəliblər.


















