
İranın Ali dini lideri Əli Xameneinin müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qızının toyundan yayılan görüntülər ictimai qınaq obyektinə çevrilib.
Tehran şəhərindəki dəbdəbəli “Espinas Parsian” otelində keçirilən mərasimin 1,4 milyard tümən (təxminən 330 min dollar) xərci olduğu bildirilir.

Toy görüntülərində hicabsız qadınlar və “Qərb tərzində” geyimlər, gəlinin açıq-saçıq libası ictimaiyyətdə narazılıq yaradıb. Tənqidçilər bunu hökumətin cəmiyyətə tətbiq etdiyi sərt hicab qaydaları və “əxlaq polisi” siyasəti ilə kəskin ziddiyyət kimi dəyərləndiriblər.
Sosial şəbəkələrdə istifadəçilər yazıblar ki, xalq iqtisadi çətinliklər və məhdudiyyətlərlə mübarizə apararkən, hökumət elitasının belə israfçı tədbirlər keçirməsi “nə ədalətə, nə də dinə uyğun gəlir”.
Maraqlıdır ki toy mərasimi İran hakimiyyətinin “hicab və əxlaq nəzarəti”ni gücləndirdiyini elan etdiyi 2024-cü ildə baş verib.