Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumundan sonra yanır

Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumundan sonra yanır | FED.az

"Qazprom neft-kimya Salavat" MMC bu səhər yenidən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Neqativ.com xəbər verir ki, bunu Başqırdıstan başçısı Radi Xabirov bildirib.

"Qazprom neft-kimya Salavat" yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk", - o, sosial şəbəkələrdəki səhifələrində yazıb.

R.Xabirov qeyd edib ki, hadisə yerində bütün təcili xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür.

"Qazprom neft-kimya Salavat" MMC - Başqırdıstanın Salavat şəhərində yerləşən Rusiyanın ən böyük neft-kimya kompleksidir. (Report)

Tarix: 24-09-2025, 14:00
Xəbəri paylaş



Xəbər lenti