SAVASHMEDİA.az xəbər verir ki, Ərdoğan reportajda Ukrayna və Qəzzadakı savaşa diqqət çəkərək Donald Trampın seçkiqabağı vədlərini xatırladıb. “Tramp Rusiya-Ukrayna savaşını bitirəcəyəm dedi. Savaş bittimi? Xeyr! Qəzzadakı müharibəni bitirərəm dedi. Müharibə bittimi? Xeyr!” – Ərdoğan ABŞ liderini verdiyi sözləri yerinə yetirməməkdə ittiham edib.
ABŞ-nin dövlət katibi Marko Rubio Ərdoğanın fikirlərinə sərt reaksiya verib: "Liderlər istədiklərini deyə bilərlər, amma günün sonunda həll yolu lazım olanda Ağ Evə gəlmək istəyirlər. Hamısı Trampla görüşərək ondan problemləri həll etməsini xahiş edirlər. Prezident Ərdoğan da ABŞ lideri ilə görüşmək üçün bu həftə ərzində Ağ Evə gələcək. Bu gün davam edən toplantılar var və liderlər toplantının bir üzvü olmaq üçün yalvarırlar. Zəng edərək “Trampla 5 dəqiqə əl görüşmək imkanı yaradın” deyib xahiş edirlər. Tramp sadəcə ABŞ üçün deyil, qlobal siyasət üçün kritik fiqurdur”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında iştirak etmək üçün hazırda ABŞ də rəsmi səfərdədir.
Mənbə: https://www.sozcu.com.tr/abd-disisleri-bakani-ndan-erdogan-a-nezaket-sinirlarini-zorlayan-yanitlar-p230487