Gürcüstan düşmən saydığı Rusiyaya ötən il 440,6 milyon dollarlıq məhsul satıb!

…Dünyada ticarət həmişə siyasətdən vacib sayılıb. Məsələn, 2025-ci ilin yanvar-avqust ayları ərzində ölkənin aqrosənaye məhsullarının ixracı 1.118 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3.4% artım deməkdir. Tezadlar.az Gürcüstan Statistika Departamentinə istinadla bildirir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumatda da bildirilir ki, ixracda əsas paya spirtli və spirtsiz içkilər, çərəz meyvələr, emal olunmuş çərəzlər düşür. Avropa İttifaqı ölkələrinə ixrac 18.3 milyon dollar (19%) artaraq 113.9 milyon dollara çatıb. Bu artım əsasən fındıq və meyvə-tərəvəz şirələrinin ixracı ilə bağlı olub. Fındıq ixracı 10.9 milyon dollar artaraq 33.7 milyon dollara, şirə ixracı isə 4.4 milyon dollar artaraq 6.1 milyon dollara yüksəlib. Həmçinin, Aİ ölkələrinə 23.6 milyon dollar dəyərində şərab ixrac olunub ki, bu da ötən illə müqayisədə 2.1 milyon dollar çoxdur.

Ən maraqlısı, hesabat dövründə Gürcüstanın əsas aqrar ixrac bazarları aşağıdakı ölkələr olub: düşmən sayılan Rusiya – 440.6 milyon ABŞ dolları;

Azərbaycan – 127.2 milyon ABŞ dolları;

Avropa İttifaqı ölkələri – 113.9 milyon ABŞ dolları;

Ermənistan – 86.0 milyon ABŞ dolları;

Qazaxıstan – 56.5 milyon ABŞ dolları;

Ukrayna – 46.0 milyon ABŞ dolları;

Qırğızıstan – 43.6 milyon ABŞ dolları;

İraq – 34.9 milyon ABŞ dolları.

Nazirlik onu da qeyd edib ki, aqrar sektorun ixrac göstəricilərində artım tendensiyası davam edir və bu, yerli kənd təsərrüfatı məhsullarına beynəlxalq bazarlarda artan tələbatla bağlıdır.

Bəli, siyasət bəzən iqtisadiyyata tabe olmaqdan başqa yol da tanımır…

Tarix: 22-09-2025, 12:34
Xəbəri paylaş



Xəbər lenti