Rusiya aerodromları vurulur, 40 təyyarə məhv edildi – Video


rusiya-aerodromlari-vurulur-40-teyyare-mehv-edildi-video-1748783407


Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir.


Neqativ.com axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib.


Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb.

“Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, – Malyuk yaydığı videoda bildirib.

Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın 5 aerodromuna endirilən zərbələr nəticəsində 40 strateji təyyarə məhv edilib.



 

Tarix: 1-06-2025, 17:38
Xəbəri paylaş



Xəbər lenti