"Moskva Ermənistanın inadkarlığına çarə tapa bilmir" - Rusiyalı ekspert

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2019-cu ilin aprelində müəyyənləşdirilmiş və bütün tərəflərin imzaladığı prinsiplərin həyata keçirilməsinin mümkün olmaması barədə Ermənistan xarici işlər nazirinin bəyanatı yalnız və yalnız Ermənistan tərəfinin qeyri-adekvatlığına dəlalət edir”.
Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova bildirib.
“Artıq imzalanıbsa, yerinə yetirməmək olmaz. Qabaqcadan əldə edilən razılaşmanı pozmaq diplomatiyadan uzaq davranışdır. Görünür, erməni siyasətçilərin populist şüarçılığı xalqın iqtisadi rifahından daha əhəmiyyətli olub”, - politoloq deyib.
“Sözügedən prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların boşaldılması müqabilində Ermənistan iqtisadi blokadadan qurtulacaq. Bu da iqtisadiyyatının bərbad kökdə olduğunu gözəl bildiyimiz bu ölkə üçün çox mühümdür. Amma hökumət başqa yol tutub. Burada bəzi məqamlar var. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün əhəmiyyətlidir. Rusiyanın Xarici İşlər Nazirliyi, həmçinin nazir Sergey Lavrov bu münaqişənin həllində maraqlı olsalar da, Ermənistan tərəfinin inadkarlığına çarə tapa bilmirlər.
İkincisi, bu kimi açıqlamalar heç də həmişə ciddi qəbul olunmamalıdır. Ermənistan xarici işlər nazirinin məlum açıqlamasından az sonra tamam başqa məzmunlu açıqlamaların veriləcəyi istisna deyil. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda təşkil edilən qondarma “seçkilər”dən sonra orada öz adamlarını iş başına gətirdiyinə görə Azərbaycanla razılığa gəlmək istəyini elə Qarabağ ermənilərinin mövqeyi kimi qələmə vermək imkanı qazanıb. Yəni Nikol Paşinyan özü belə təşəbbüs irəli sürərsə, radikallar tərəfindən hakimiyyətdən devrilə, hətta öldürülə biləcəyindən qorxduğu üçün bunun məsuliyyətini ac-yalavac Qarabağ ermənilərinin üzərinə yıxmağa çalışır. Beləliklə, ola bilsin, Paşinyan Qarabağ erməniləri tərəfindən iqtisadi blokadanın qaldırılması, iqtisadi dirçəliş istədikləri barədə səs çıxmasını gözləyəcək, sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlara dair güzəştlərdən söhbət açmaq məqamı yetişəcək”, - rusiyalı ekspert qeyd edib.
Ermənistanın belə bir səmərəsiz mövqeyi ucbatından ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təzyiqlərə məruz qalıb-qalmayacağı barədə suala cavab verən politoloq bildirib:
“ATƏT-in Minsk qrupu üzvləri tərəfindən Yerevana qarşı təzyiq göstərilə bilər. Çünki Ermənistanın bu münaqişənin mərhələli həllindən boyun qaçırması üzündən müharibə ehtimalının gerçəkləşə biləcəyini hamı dərk edir. Hər hansı münaqişənin dinc yolla həllində irəliləyiş yoxdursa, yeni müharibə ehtimalı ortaya çıxır. Ermənistanın bu müqaviməti Moskvanı əsəbiləşdirdiyinə görə daha güclü təzyiq gözləmək olar. Üstəlik, Rusiya hökuməti Nikol Paşinyanı ABŞ-ın adamı hesab edərək ona etimad etmir. Bütün bunlar Azərbaycanı Minsk qrupu həmsədrlərinin də, bütövlükdə dünya birliyinin də nəzərində daha güclü mövqeyə gətirir”.
Tarix: 25-04-2020, 12:51
-
Bu gün, 09:51
Azərbaycanda primitiv iqtisadi model olduğuna görə, bir çox iqtisadi qanunauyğunluqlar işləmir
-
Dünən, 23:02
David Seliverstov ilə bağlı açıq mənbələrdə 05 avqust 2026 - 11 sentyabr 2026 media yayımlarının xronoloji hesabatı
-
Dünən, 22:50
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq dələduzluq
-
Dünən, 22:47
Milyonluq yeyinti, "ailə imperiyası" və DAVA SKANDALI - Fəhlənin "Bomba xəyalları" və büdcəyə yağan "Leysan"...
-
Dünən, 18:22
“Əlimizin içini iyləməliydik ki, bunlar reys dəyişdirir?” - “Fly Dubay”ın təyyarəsi bir saat tez uçub?
-
Dünən, 16:39
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Dünən, 11:44
Bu şəxslər hərbi xidmətdən azaddır - QANUN
-
Dünən, 11:11
“5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir
-
Dünən, 10:32
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
-
Dünən, 10:29
Qazaxda 126 illik tarixi mülk qalmaqalı: Şəxsi obyektə çevrilir, sakinlərə təzyiq olunur? - VİDEO
-
Dünən, 10:06
“Evin kvadratı hesablanır, həyətin isə yox” - Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
-
Dünən, 10:04
Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
-
Dünən, 09:51
Prezidentin İşlər İdarəsi sektor müdirinin həyat yoldaşı ilə 1,3 milyonluq müqavilə imzalanıb - İDDİA
-
11-09-2026, 23:25
TƏBİB-in tabeliyindəki qurumda KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
-
11-09-2026, 16:20
AZƏRBAYCANDAN AVROPAYA GEDƏNLƏRİN SAYI NİYƏ ARTIR? - "Təkcə iqtisadi faktorlarla bağlı deyil..."
-
11-09-2026, 16:17
Necə olur ki, illərlə işləyən insan sertifikasiya imtahanında zəif nəticə göstərir?- VİDEO
-
11-09-2026, 16:14
Lənkəranda AĞACLARI KİM YEYİR? - ÖZBAŞINA QALIBLAR...
-
11-09-2026, 15:58
Türkiyə razılıq versə, Yəmənə koalisiya müdaxiləsi ola bilər - POLİTOLOQ
-
11-09-2026, 14:33
SÜFRƏMİZDƏKİ GİZLİ TƏHLÜKƏ... - Qida məhsulları alarkən nələrə diqqət edilməidir?
-
11-09-2026, 14:27
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
-
11-09-2026, 14:22
"Gəlib xətlərə yalandan baxıb gedirlər..." - GİLEY
-
11-09-2026, 12:46
Tros qırılmayıbsa, iki gəncin həyatı niyə qırıldı?
-
11-09-2026, 12:28
Xəstələrin yeməkpulu yeyilir, pulsuz səhiyyə xidmətləri satılır... - Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında özbaşnalıq...İDDİA
-
11-09-2026, 12:17
HAQQ ƏDALƏT PARTİYASININ İÇ ÜZÜ ! - BİRİNCİ BÖLÜM.
-
11-09-2026, 11:29
Agentlik "Tamstore"a qarşı hərəkətə keçdi
-
11-09-2026, 11:27
“Pilgrim Education”da 20 faiz oyunu? – Vətəndaşın pulunun 80 faizi hara gedir?
-
11-09-2026, 09:29
Evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - VİDEO
-
11-09-2026, 09:09
Gəncə Şəhərində" Füzuli restoranın" tüstüsü və sakinlərin narazılığı... FOTO/VİDEO
-
11-09-2026, 09:03
Tanınmış aktrisa TƏBİB rəhbərinə müraciət etdi: Axı nəyə görə? VİDEO
-
10-09-2026, 18:54
Pekin və Moskva arasında SOYUQ KÜLƏKLƏR: Si Cinpin Putinlə təkbətək görüşdən İMTİNA ETDİ