Çinin Rusiyadakı səfiri Çjan Xanxuey “TASS” agentliyinə müsahibə verib.
O, müsahibəsidnə koronavirusun yayılmasının səbəbləri istiqamətində çinli allimlərin apardıqları araşdırmalar, virusun mənbəyinin axtarışı barədə sualları cavablandırıb.
Cebhe.info müsahibəni təqdim edir.
-İndi dünya təhlükə ilə üz-üzə qaldığı bir zamanda Çinin təcrübəsi olduqca əhəmiyyətlidir. Bu ölkə zərbəni ilk qəbul edib. Ancaq Çini koronavirusun yayılmasında ittiham edən ölkələr də var. Siz bu bəyanatları necə dəyərləndirirsiniz?
-Çin koronavirusa qalib gəlmək üçün olduqca ciddi səylər göstərdi. Virus çox sayda qurban aldı və bir müddətlik qələbə qazandı. Bütün bu müddəti Çin digər ölkələrə zaman kimi qazandırdı. 2 ay müddətində başqa ölkələr epidemiyaya nəzarət üçün profilaktik işlər apara bildilər. COVİD-19 yayılmağa başladığı zamandan bəri Çində hazırlandığına dair iddialar səslənir. Çinin bu istiqamətdəki töhfəsi hər kəsə bəllidir, ancaq bizim uğurlarımızı etiraf etmələri ilə eyni zamanda biz ittihamlarla da üz-üzə qalmışıq. Çin bəşəriyyətin vahid taleyi konsepsiyasını əsas tutur. Məsələlərə elmi yanaşır, dünyanın ümumi problemlərinə məsuliyyətlə yanaşır, bu da beynəlxalq ictimaiyyət tərəfindən hörmət və təqdir qazanmalıdır.
-Bəzi Qərb mətbuatı virisun Çinə məxsus olduğunu yazır. Son nəticələr əsasında virusun doğrudan da Vuhanda ortaya çıxdığını söyləmək olarmı?
- COVİD -19 Vuhanda yayıldıqdan sonra Çin öz təmiz adının ləkələnməsi cəhdi ilə dəfələrlə qarşılaşıb. Niyyəti heç də xoş olmayan bəzi şəxslər virusu "çinli", yaxud "vuhanlı" adlandırıb, Çinə qarşı yalan ittihamlar irəli sürməyə cəhd edir, bildirirlər ki, mənbə məhz oradır. Virusun mənbəyinin müəyyən edilməsi olduqca ciddi elmi və sosial məsələdir. Genlərin mənşəyini müəyyən edən müasir texnologiya keçmiş və müasir virus genini də rahatlıqla müəyyən edə bilər.
Aralarında Çin Elmlər Akademiyasının Tropik Bitkilər Bitanika Bağının da olduğu 5 nüfuzlu elmi orqan artıq COVİD-19-a dair 93 nümunə toplayıb. Bunlar 4 qitədən, 12 ölkədən ümumi bazada yerləşdirilən nümunələrdir. Bu tədqiqatlara əsasən müəyyən edilib ki, virusun əcdadı mv1 olub. O, tədricən H13 və H38-ə çevrilib. H13 və H38 isə öz növbəsində birgə ikinci nəsil haplotipini - H3-ü yaradıb. H3 isə yenidən H1 haplotipinə çevrilib. Sadə dildə deəsk, mv1 haplotipi “ulu baba”dır. H13 və h38 "baba" və "nənə"dir. N3 "ata, N1 isə "uşaq"dır. Vuhanda dəniz məhsulları bazarında ortaya çıxan virus H1 bu gen populyasiyasının virusudur. Əvvəllər Vuhanda yalnız H3 haplotipi aşkar edilib və bu haplotipin dəniz məhsulları bazarı ilə əlaqəsi yoxdur. N13 və H38-in qədim haplotipləri Vuhanda heç vaxt müəyyən edilməyib.
Bu qədim haplotiplərin ştampları da olmayıb ki, bu da məntiqli deyil. Bu, onu göstərir ki, H2 haplotip nümunəsi ona yoluxmuş şəxs tərəfindən bazara gətirilib və bundan sonra epidemiya yayılıb. Genlərin yerləşməsi ardıcıllığı heç vaxt aldatmaz. Çox güman ki, virus çoxdan mv1 nəslindən ayrılıb və Vuhan onun gətirildiyi yerlərdən ancaq biri olub. Epidemiyadan əvvəl H13, H38 və H3 haplotiplərinin başqa regionlarda da yayılması tamamilə mümkündür.
- Belə olan şəraitdə Çin virusun harada meydana gəlməsi və “0 pasiyent”in kimliyini müəyyən edə bilərmi?
-COVİD-19 dünyada müxtəlif yerlərdə yayılıb və ölkələr fəal şəkildə mənbəyi axtarır. Faktlar sözlərdən daha yüksək səslə danışır, bir çox hallar göstərir ki, COVİD-19 ilk dəfə Vuhanda ortaya çıxsa da, onun mənbəyinin də burada olması hələ fakt deyil. 14 fevralda Yaponiyanın Ayti əyalətində 60 yaşlı kişiyə koronavirus diaqnozu qoyulub. 16 fevralda isə onun arvadında virus aşkarlanıb. Qadının da 60 yaşı var. Ər-arvad gəzmək məqsədilə Havaya getmişdilər və orada 28 yanvardan 7 fevrala qədər olublar. Onlar son zamanlar Çində olmamışdılar və çinlilərlə təmas etməmişdilər. Onlar Havayda olduqları 3 fevralda artıq kişidə simptomlar özünü göstərib. Yaponiyaya qayıtdıqdan dərhal sonra yüksək hərarətlə xəstəxanaya aparılıb və diaqnoz qoyulub. Kliniki göstəricilərə görə, əgər bu şəxs Yaponiyada yoluxsaydı, əlamətlər özünü həmin gün biruzə verməzdi. Bu isə onu göstərir ki, şəxs hələ 3 fevrala qədər yoluxubmuş. 15 fevralda Vakayama əyalətində də kollektiv yoluxma olub. Yoluxan 5 nəfərdən hansının mənbə olduğu bəlli deyil. Onun Çinlə hər hansə əlaqəsi də müəyyən olunmayıb. Məhz buna görə də Yaponiyanın ASAHİ televiziyası virusun yeganə mənbəyinin Çin olmadığını bildirir. 26 martda isə "Nature" saytında epidemiyanın yayılma marşrutundan yazılıb. Məqalədə bildirilir ki, 1 yanvarda COVİD-19 İtaliyada Lombardiyada üzə çıxıb. Mətbuat yazır ki, italiyalı mütəxəssis Cüzppe Remussi ölkədə virusun Çindən daha tez yayıldığını bildirib. Onun sözlərinə görə, virus hələ müəyyən ediməmişdən əvvəl yayılıbmış.
4 apreldə ABŞ Hərbi Dəniz Qüvvələri "Theodore Roosevelt" atom aviadaşıyıcısında 155 ekipaj üzvündə test pozitiv çıxıb. Bu aviadaşıyıcı yola yanvarda çıxıb və bir dəfə də Çində olmayıb. 5 martda Vyetnama gedib. 15 martda Filippin dənizinə daxil olub. İstisna olunmur ki, ekipaj hələ gəmi Vyetnama daxil olmadan əvvəl yoluxub. ABŞ-da Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktoru Robert Redfild bildirib ki, bu ölkədə qripdən ölənlərin çoxu güman ki, məhz elə koronavirusdan ölüb. Sadəcə bu, testlə yoxlanılmayıb. İtaliya tərəfi yoluxmanı müəyyən etmək üçün eskumasiya təklif edib, ancaq ABŞ bundan qətiyyətlə imtina edir.
Çoxsaylı faktlar göstərir ki, COVİD-19-un mənbəyi hələ müəyyən olunmayıb. Onun müxtəlif regionlarda ola biləcəyi deyilir. Virus bütün insanlığın ümumi düşmənidir. “0 pasiyent”in axtarışı onu biabır etmək üçün deyil, virusu daha yaxşı öyrənmək və ona qalib gəlmək üçündür. Müasir elm və texnologiyaya güvənərək virusun mənbəyini tapmaq mümkün olar və əmin olmaq olar ki, gec-tez bütün gizlinlər aşkara çıxacaq.
-ABŞ Çini virusla bağlı məlumatı dünyadan gizlətməkdə ittiham edir. Bu ittihama nə cavab verərdiniz?
-3 apreldə ABŞ-ın Niderlanddakı səfiri Piter Hukstra Çini ittiham edən sənəd yayıb. Onun bildirdiyinə görə, Çinin bu məlumatları açıq şəkildə verməməsi ABŞ-ın vəziyyəti düzgün qiymətləndirməməsinə səbəb olub. ABŞ Dövlət katibi Mayk Pompeo dəfələrlə Çini belə ittiham edib. Çinin məlumatları açıqdır, ya yox, bunu faktlar göstərir. Nəyin yaxşı, nəyin pis olmasını insanlar ürəklərində müəyyən edirlər. Ekstren vəziyyətdə bəşəriyyətin sağlamlığı sahəsində reallıq hissimizi saxlamalı, siyasəti bir tərəfə qoymalı və çətinliyi birgə dəf etməliyik.
2019-cu ilin dekabrında Vuhan şəhərinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi naməlum səbəbdən yaranan pnevmoniya aşkarlayıb. 31 dekabrda gecə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi Vuhana yerində tədqiqat aparmaq üçün mütəxəssis qrupu göndərib. 3 yanvar 2020-ci ildən başlayaraq Çin bu barədə mütəmadi olara Ümumdünya Səhiyyə Təşkilatına, Amerika tərəfinə, digər dövlətlərin əlaqədar qurumlarına məlumat verib. 4 yanvarda Mərkəz rəhbərliyi ABŞ-lı həmkarı ilə telefon əlaqəsi saxlayıb. 8-9 yanvarda tərəflər yenidən məsələni müzakirə ediblər. 12 yanvarda Dövlət Komitəsi yeni virusun genləri ilə bağlı məlumatı ÜST və dünya ölkələrinə verib. 21 yanvardan bəri Dövlət Komitəsi gündəlik olaraq epidemioloji vəziyyətlə bağlı məlumatları açıqlayıb. 31 martda bu məlumatların ümumi sayı 71 olub. 3 fevraldan etibarən indilis dilində sayt sinxron məlumatların verilməsinə başlayıb. ABŞ həmçinin Çinin amerikalı jurnalistləri vəziyyətin aşkarlanmaması üçün ölkədən qovduğunu bildirib. Faktiki olaraq 2020-ci ildə ABŞ Çinin 5 media agentliyinin əməkdaşlarının sayına məhdudiyyət qoyub. Buna cavab olaraq Çin tərəfi beynəlxalq normaları əsas tutaraq, ABŞ-a qarşı tədbirlər görüb. Bunun epidemiya ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı amerikalı jurnalistlərə, hazırda Çində 500-dən çox əcnəbi jurnalist var. Onlar Çindəki vəziyyəti real dəyərləndirə bilərlər. Amerikalı jurnalistləri qovduğunu əsas gətirərək Çini həqiqəti gizlətməkdə ittiham etmək məntiqli deyil.
-Çin başqa ölkələrə virusla mübarizədə necə kömək edə bilər?
-Çin bütün mümkün imkanlarını epidemiya ilə mübarizə üçün təklif edib. 120-dən çox ölkəni və 4 beynəlxalq təşkilatı tibbi maska, N95 maskası, qoruyucu geyim, kislorod, tibbi avadanlıqla təmin edib. ÜST-ə 20 milyon dollar verib. Epidemiya başlayandan bəri Çin mümkün olan hər şeyi edib. Bunu görməzdən gəlmək vicdan və mənəvi normalara ziddir.