Koronavirusun “viran qoyduğu” ÖLKƏLƏR - İqtisadiyyat çöküb, gəlirlər azalıb


Koronavirusun “viran qoyduğu” ÖLKƏLƏR - İqtisadiyyat çöküb, gəlirlər azalıb

Koronavirus pandemiyasının yayılması dünya ölkələrinə böyük ziyan vurub. Belə ki, çox saylı insan ölümləri, iqtisadiyyatdakı çöküş bu zərərlərin önündə gəlir.

Cebhe.info xəbər verir ki, hazırda dünyada ümumilikdə 1 920 618 koronavirus xəstəsi var. Ümumilikdə 119 687 nəfər virusdan həyatını itirib. Koronavirusa ən çox yoluxma halı Amerika Birləşmiş Ştatlarında yaşanır. Ölkədə 582 60 nəfər bu virusa yoluxub, 23 628 nəfər pandemiyanın qurbanı olub. Ölkə həm yoluxma, həm ölüm göstəricisinə görə dünyada birinci yerdədir. İkinci yerdə isə İspaniya qərarlaşıb. Ölkədə 170 099 yoluxma halı qeydə alınıb. Bunlardan 17 756 nəfəri isə sağalıb. İtaliyada da COVİD-19 infeksiyasına 159 516 yoluxma olub, ölkədə 20 465 nəfər virusdan ölüb. Siyahıda dördüncü yerdə qərarlaşan Fransada 137 877 nəfər virus daşıyıcısıdır. Ölkədə 14 986 nəfər pandemiyadan vəfat edib. Almaniya 130 072 virus xəstəsi ilə beşinci yerdədir. Avropanın bu ölkəsində 3 194 nəfər COVİD-19-dan dünyasını dəyişib. Koronavirusun "vətəni" Çinin ümumilikdə 83 302 vətəndaşı virusa yoluxub, 3 345 nəfər ölüb.

Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında İranın (73 303 yoluxma, 4 585 ölüm), Türkiyənin (61 049 yoluxma və 1 296 ölüm), nisbətən aşağı göstəricilərlə Belçikanın, Niderlandın, İsveçin, Kanadanın, Braziliyanın, Rusiyanın, Portuqaliyanın və digər ölkələrin də adları var. Koronavirusun yayılması həmçinin, ölkə iqtisadiyyatlarına da təsir edib. Lakin vəziyyətin ən çox təsir etdiyi ölkələr sırasında İraq, Əlcəzair, Səudiyyə Ərəbistanı və Nigeriya yer alıb. Səbəb: “OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi.

“OPEC plus” formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir. Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. İkincisi, bu qərarın əhəmiyyəti “OPEC plus” hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 mln barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda Səudiyyə Ərəbistanı, Kuveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barrel həcmində neft istehsal edilməyəcək. Bundan başqa bu qərar “OPEC plus” formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC plus” ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 mln barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur.

Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 mln. barrel azalacağını da nəzərə alsaq, “OPEC plus” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 mln barrel az neft daxil olacaq. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Tarix: 16-04-2020, 13:33
Xəbəri paylaş



Xəbər lenti