
" "Abşeron" Neft Qaz Çıxarma İdarəsində (NQÇİ) quyuların əsaslı yeraltı təmiri sexinin rəisi Əskərov Niyaz işçiləri kobud nəlayiq formada söyərək təhqir etdi və..." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR rəhbərliyinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Azər Mikayılov qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Niyaz Əskərov işçilər üçün nəzərdə tutulduğu məişət texnikalarını mənimsəyib oğurladı. Sosial şəbəkə səhifəmdə də paylaşdım səs yazısını... sübutları... niyə tədbir görmədiniz?
Niyə dekabr ayından bu yana hələ də öz vəzifəsində qalaraq işini davam elətdirir? Vəzifəsində saxlayırsınız ki, daha da insanları söyərək təhqir etsin, şirkət əmlakını oğurlayaraq talan etsin? Bəs siz hansı haqqdan, ədalətdən danışırsınız? Siz SOCAR olaraq heç ölkə başçısının hansısa bir dediklərinə əməl eləmisiniz? Təəssüflər olsun... nəhəng şirkət olan SOCAR sex rəisi Əskərov Niyazın əlində qalıb..."