Qarasu Əməliyyat Şirkəti"(QƏŞ), qanunsuzluq divarı çatladı: Nəsimi Rayon Məhkəməsi işçilərin iddiasını tam təmin etdi FOTO

Qarasu Əməliyyat Şirkəti"(QƏŞ), qanunsuzluq divarı çatladı: Nəsimi Rayon Məhkəməsi  işçilərin iddiasını tam təmin etdi FOTO
Ədalətli qərara neftçi təşəkkürü🙏Haqq nazilər amma üzülməz ☝
Azərbaycan Respublikasının Qanunlarına əsaslanaraq ədalətli qətnamə çıxaran Nəsimi Rayon Məhkəməsinin hakimləri – Əfsanə xanım Heydərova və Vüsalə xanım Musayevaya xüsusi, dərin minnətdarlığımızı bildiririk!

Qarasu Əməliyyat Şirkəti"(QƏŞ) , qanunsuzluq divarı çatladı:
Ölkədə qanunun aliliyini, fəhlənin, zəhmətkeşin əmək hüququnu tapdalaya biləcəyini zənn edən, öz ambisiyalarını dövlət qanunlarından üstün tutan feodal təfəkkürlü idarəçilərə növbəti dəfə sübut olundu ki, "qanun şahdır,şah qanun deyil! Uzun illərdir rəhbərliyinin qanunsuz əməlləri barədə dövlət orqanlarına, ölkə başçısına yüzlərlə şikayət məktubu ünvanlanan, lakin hər dəfə sudan quru çıxmağı bacaran *"Karasu Əməliyyat Şirkəti"*nin növbəti qərəzli oyunu bu dəfə iflasa uğradı.
Belə ki:
Şirkətdə çalışdıqları müddət ərzində bircə dəfə də olsun intizam tənbehi almayan, işinin peşəkarı olan nümunəvi əməkdaşlar – Heydərov Rövşən Vaqif oğlu və Cabbarov Coşqun 18 sentyabr 2025-ci il tarixində şirkət daxilində qurulmuş çirkin bir ssenarinin qurbanı olublar. Kadrlar şöbəsinin müdiri Fərid Əliyevin birbaşa sifarişi və göstərişi ilə, şirkətin hüquq bölməsi və rəhbərliyi əlbir olaraq bu işçilərə qarşı tamamilə qərəzli, heç bir əsası olmayan sonuncu xəbərdarlıqlı şiddətli töhmət elan edib.
İşçilər bu ədalətsizliyə qarşı susmayıb şirkət rəhbərliyinə etiraz məktubu yazdıqda isə rəhbərlik dialoq və qanunauyğun addım atmaq əvəzinə, daha da azğınlaşıb. Fərid Əliyevin təlimatı ilə əməkdaşların iş yerləri dərhal dəyişdirilərək daha ağır, dözülməz sahələrə sürgün edilib və onlara qarşı açıq-aşkar mənəvi-psixoloji terror tətbiq olunub. Bununla da doymayan şirkət rəhbərliyi, hüquqlarını qorumaq üçün məhkəməyə gedəcəkləri təqdirdə işçiləri qanunsuz şəkildə qapı arxasına qoymaqla – işdən çıxarmaqla hədələyib, şantaj edib!
Dövlət Qurumlarının Formal Yanaşması və İşçilərin Sınmayan İradəsi
Haqsızlığa baş əyməyən əməkdaşlar ölkə rəhbərliyinə, Azərbaycan İnsan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana və Həmkarlar İttifaqı Konfederasiyasına müraciət edərək səslərini ucaldıblar. Çox təəssüf ki, vətəndaşın əmək hüququnu dabanından topuğuna qədər qorumalı olan Dövlət Əmək Müfəttişliyi Xidməti bu rəsmi cinayətə dırnaqarası, səthi və formal yanaşaraq sadəcə ✅məhkəməyə getməyi məsləhət görməklə yaxasını kənara çəkdi.
Lakin şirkət rəhbərliyinin toxunulmazlıq mifi uzun çəkmədi. 2026-cı ilin yanvar ayında işçilər iddia qaldıraraq məsələni məhkəmə müstəvisinə daşıdılar. Qarşı tərəf öz qanunsuzluğunu bildiyi üçün prosesi uzatmaq məqsədilə aylarla ucuz bəhanələr gətirdi, məhkəmə iclaslarından yayındı və işi 03.06.2026-cı il tarixinə qədər süründürməçiliyə salmağa çalışdı. Lakin ədalətin gedişini ləngitsələr də, qarşısını kəsə bilmədilər!
Azərbaycan Məhkəməsinə və Prinsipial Hakimlərə Ehtiram və Təşəkkür!
03.06.2026-cı il tarixində Nəsimi Rayon Məhkəməsi "Karasu Əməliyyat Şirkəti"nin qurduğu bütün oyunları darmadağın edərək işçilərin iddiasını tam təmin etdi və rəhbərliyin qərarlarını qanunsuz sayaraq ləğv etdi.
Bu amansız və gərgin hüquqi döyüşdə heç bir kənar təzyiqə, şirkətin nüfuzuna və bəhanələrinə boyun əyməyən, yalnız və yalnız Azərbaycan Respublikasının Qanunlarına əsaslanaraq ədalətli qətnamə çıxaran Nəsimi Rayon Məhkəməsinin hakimləri – Əfsanə xanım Heydərova və Vüsalə xanım Musayevaya xüsusi, dərin minnətdarlığımızı bildiririk! Onların nümayiş etdirdiyi bu dəmir iradə, obyektivlik və prinsipiallıq ölkəmizdə məhkəmə hakimiyyətinin vətəndaş üçün əsl ümid yeri və hüquq qalası olduğunu bir daha bütün cəmiyyətə nümayiş etdirdi.
Bu qərar, öz işçilərinə qul mülkiyyəti kimi baxan, arxasında dayanan güclərə güvənib dövlətə edilən yüzlərlə şikayəti heçə sayan "Karasu" rəhbərliyinə və kadrlar müdiri Fərid Əliyevə vurulmuş ağır bir hüquqi sillədir. Qanun qarşısında hamı bərabərdir və heç bir şirkət rəhbəri Azərbaycan vətəndaşının qüruru və çörəyi ilə oynaya bilməz!









Tarix: Bu gün, 09:04
Xəbəri paylaş



Xəbər lenti