Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı

Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun Nizami Tibb Mərkəzinə baş həkim təyin olunan oğlu Fikrət Əhmədovun özəl klinika sahibi olduğu üzə çıxıb.
TEREF xəbər verir ki, Dövlət xəstəxanasına rəhbərlik edən Fikrət Əhmədov eyni zamanda özünə məxsus tibb müəssisəsində direktor vəzifəsini icra edir.

Dövlət Vergi Xidmətinin rəsmi qeydlərinə görə, o, Binəqədi rayonunda fəaliyyət göstərən, nizamnamə kapitalı 700 min 100 manat təşkil edən “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin qanuni təmsilçisi və direktorudur.

Fikrət Əhmədov həmçinin 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim-uroloq və urologiya şöbəsinin müdiri vəzifələrini daşıyır.(unikal)
Tarix: Bu gün, 18:04
Xəbəri paylaş



Xəbər lenti