Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərlinin toy şənliyində iştirak edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Vətən müharibəsi qaziləri ilə birlikdə Vətən müharibəsinin III dərəcəli əlili Cəfərli Elvin Hafiz oğlunun toy şənliyində iştirak ediblər.

Toy şənliyində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni ailə quran gəncləri təbrik edərək, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazi və veteranlara göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. İcra başçısı vurğulayıb ki, möhtərəm Prezident tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib və bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət dövlət siyasətinin ən mühüm prioritetlərindəndir.

Sonra Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb, qazimizin valideynlərinə gözaydınlığı veriblər. 

Məlumat üçün qeyd edək ki, "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elvin Cəfərli Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə iştirak edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, həmçinin Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Vətən müharibəsi əlili Elvin Cəfərli onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


Tarix: Dünən, 23:12
Xəbəri paylaş



Xəbər lenti