"Bəzi iş yerlərində dress-kod ənənəsi var. Qanunda belə şey yazılmaz, ümumi baza mədəniyyətinə sahib insanlar bunu bilməlidir".
Ölkə.Az xəbər verir ki, bunu hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev qeyd edib.
O bildirib ki, dövlət idarələrində, məktəblərdə, xəstəxanalarda, əhaliyə xidmət göstərilən yerlərdə dress-kod tətbiq olunur:
"Bəzi işyerlərində də bunu görə bilirsiniz, məsələn, "mcDonaldsda".
Burada - feysbukda "təhsil forumu" adlı qrupda bir xanım müəllimə deyir ki, geyimimizə qarışmayın, peşəmizdən nifrət etdirməyin. O xanım ola bilsin axşamlar kafedə selfi çəkdirib instaqramda paylaşır, amma adi bir qaydanı bilmir ki, orta, ali və peşə məktəblərində dress-kod tətbiq olunmalıdır və xanımlar da qısa ətək və ya retuzla dərsə gələ bilməzlər. Eləsinə ilk dəfədə xəbərdarlıq, ikincisində töhmət, üçüncüsündə isə əmək müqaviləsinə xitam verilməlidir. Kişilər də həmçinin uzun belə olsa şortla və tişörtlə dərsə gələ bilməzlər.
Bu nə azadlıqdır, nə də ki dəb - bunun adı görməmişlik və səviyyəsizlikdir.
Görməmiş və səviyyəsizə yerini göstərməsən, sabah mütləq başına oturacaq".
Tarix: Bu gün, 18:12