Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi əlilinin övladının kiçik toy məclisində iştirak edib


Tərtər rayonunun Əskipara kəndində Üçüncü dərəcəli Vətən müharibəsi əlili Qasımov Nahid Namiq oğlunun övladı Qasımlı Əhmədin kiçik toy məclisi keçirilib.

Mərasimdə qazinin ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Vətən müharibəsi qaziləri, veteranları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ailəni təbrik edərək xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz şanlı Zəfərə görə onlara hər zaman borcluyuq. Rayon rəhbəri vurğulayıb ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı Tərtər rayonunda da daim prioritet istiqamət kimi saxlanılır. Şəhid və qazi ailələrinin sevincinə şərik olmaq, onların müraciətlərinə həssaslıqla yanaşmaq hər birimizin mənəvi borcudur. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş Qasımov Nahid Namiq oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyi üçün "Suqovuşanın azad olunmasına görə" və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Sonda Vətən müharibəsi əlili Nahid Qasımov göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

 


Tarix: Dünən, 17:43
Xəbəri paylaş



Xəbər lenti