
İmişli rayon Qızılkənd kənd sakini, Yeni Azərbaycan Partiyasının İmişli təşkilatının üzvü, 44 günlük Şanlı Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi, 3 -cü qrup əlil Poladov Qismət Məhərrəm oğlu üzləşdiyi haqsızlıqla bağlı ölkə rəhbərliyinə müraciət edərək kömək istəyir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən 2019-cu ildən Kənd təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "P-Aqro" MMC-nin İmişli rayonunda yerləşən Pambıq zavodunda sahə aqranomu kimi işə başlamışam. 2020-ci ildə Cənab Ali-Baş Komandan İlham Əliyevin səfərbərlik sərəncamını eşidəndən sonra könüllü olaraq 44 günlük Şanlı Vətən müharibəmizə qatılmışam. Bir cox şəhər və rayonlarmızın işğaldan azad olunmasında şücaət göstərmişəm. Döyüş zamanı qulağımdan yaralanaraq Hospitala köçrülərək müalicə olunmuşam. Müharibənin 38-ci günündə hospitalda həkimə yaxınlaşaraq xahiş etmişəm ki, mən özümu sağlam hiss edirəm, məni göndərin silahdaşlarımın yanına. Amma çox təəssüf ki qulağımın eşitməməsinə görə bir daha Zəfər müharibəmizə qatıla bilmədim.
Müharibə bitəndən sonra bir neçə ay müalicəm xəstəxanalarda və ev şəraitində davam erdirildi. Özümü qismən sağlam hiss edəndən sonra qayıtdım işlədiyim zavoda. İşimi davam etdirdim.
Amma çox təəssüf ki, bu qədər prezidentinə, dövlətinə, xalqına bağlı olan mənim kimi gənc kadrı "P-AQRO" MMC-nin İmişli Rayon Pambıq zavodunun direktoru Vahab Səmədov işdə saxlamadı. Mən məzuniyyətdə olarkən aldadaraq ərizəmi aldı və bundan sonra Vahab Səmədov dedi ki, tək sənin yox, hamının ərizəsin almağı Rəhbərlik göstəriş verib. Sadəcə olaraq işə qəbulla əlaqədardır, narahat olma.
Mən də inanaraq ərizə yazdım, verdim. 15 aprel 2026-cı il tarixdə məzuniyyətim bitəndən sonra işə getdim və mənə insan resuslarından bildirdilər ki, müdir sizi işdən azad edib.
Yəni məlum oldu ki, məni aldadaraq işdən azad ediblər. Və güman edirəm ki, Vahab Səmədov mənə qarşı təsadüfi olaraq qərəzli deyil.
Xüsusi olaraq qeyd edim ki, mənim prezidentimi və dövlətimi sevməyim direktormuz Vahab müəllimdə qıcıq yarada bilər. Çünki bunların sevgisi Rus və "Georgi" bayrağıdır. Necə ki kecmiş İmişli rayon Ağsaqqalar Şurasının sədri, Vahab müəllimin qardaşı Saleh Səmədov döşünə "Georgi" bayrağı asaraq meydan oxumuşdu və onun üçün də DTX tərəfindən həbs edildi, hazırda da barəsində istintaq davam etdirilir.
İnanıram ki, Vahab müəllim də məni işimə geri qaytaracaq. Əks tədqirdə mən də bildiklərimi hüquq mühafizə orqanlarına anladacam, sonra Rus ve "Georgi" bayrağı sevgili bu adamı Putin belə həbs olunmaqdan qoruya bilmeyecek!"