
Abşeron rayonunun Məhəmmədli qəsəbəsində qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.
Bizimesr.az bildirir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır. İddialara görə, Abşeron ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.
Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi rayon rəhbərliyinin nəzarəti altında baş verir. Belə ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Məhəmmədli qəsəbə icra nümayəndəsi Elmar Abbasov prosesə birbaşa nəzarət etdiyi bildirilir.
Qeyd edək ki, Abşeron rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur. Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.
Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Məmmədlidə tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.
Həmin görüntüləri təqdim edirik: /Xalq.online/