"DİA-AZ" xəbər verir ki, məhz bu səbəbdən yarıtmaz qurum rəhbərlərinin də ayaqları yer alır. Nəticədə narazılıqlar daha da artır. Necə ki, bu gün Suraxanı rayonu icra hakimiyyəti başçısının ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətsizliyi gileylərə nədən olmasına rəğmən hansısa tədbir görülmür.
Qeyd edək ki, neçə müddətdir, Suraxanı RİH mətbuat xidmətinin rəhbəri Sevinc Ağayeva ilə bağlı ayrı-ayrı jurnalistlər narazılıq bildirir. Bu barədə etirazını açıq şəkildə ifadə edən tanınmış telejurnalist Sevinc Vaqifqızı isə birbaşa olaraq RİH başçısı Adil Əliyevə müraciət edərək kömək istəyir. Onun müraciətində deyilir;
"Çox dəyərli Adil Əliyev, Suraxanı rayon İH -də mediaya məsul şəxsə ünvanlanan suallara cavab ala bilmirik. Bəzən saatlarla Sevinc Ağayeva sualları cavabsız qoyur, rica edirəm məsələni diqqətdə saxlayın..."
Qeyd edək ki, daha bir neçə jurnalist də sözügedən gileyi dəstəkləyib.