7news.az portalı niyə bloklanıb? - Baş redaktor Səbuhi Abbasova cavab verən yoxdur

Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi ciddi şəkildə yoxlanılmalı və müvafiq addımlar atılmalıdır. Bu qurum stfateji qurumdur və ölkənin bir növ "elektron açarı"nın təhlükəsizliyinə cavabdehdir. Son 10 gündə baş verənlərdən belə qənaətə gəlmək olar ki, Rashad Nabiyev nazirliyin başını buraxıb, ölkənin internet təhlükəsizliyi "aşsüzənə" dönüb. Kim kimə xoş gəlmirsə qanunsuz domenlər bloklanır. Çox təhlükəli məqamdır, əgər ölkə internet məkanına girişi olan nazirliyin hansısa yüksək çinli məmuru rahat şəkildə xahişlə, rüşvətlə, nəbilim, hansısa maraq qarşılığında domeni bloklayırsa, sabah təkcə xəbər saytlarını yox, strateji qurumların da domenlərini blok edə bilər...

Bizimesr.com bildirir ki, bunu 7NEWS.az portalının baş redaktoru Səbuhi Abbasov yazıb. 

Əl-qərəz, keçək motivə...

7NEWS.az domeni 10 günə yaxındır ki, ölkə daxilində bütün qanunlar tapdalanmaqla, bloklanıb. Bloklanma qaydalarını və prosesini hər kəs gözəl bilir. Bizim saytın bloklanması qeyri-qanunidir, bu müzakirə olunmur. Rəşad Nəbiyev desə ki, mən eləmişəm, bu cinayətdir. Desə ki, xəbərim yoxdur, mən etməmişəm, bu ondan da betərdir, deməli strateji bir nazirlik, həssas qlobal dönəmdə, başdı başına qalıb, həsənsoxdu dəyirmanına çevrilib, kim nə istəyir, onu da edir.

Bu qənaətə elə-belə gəlməmişəm, 10 gündür yazmadığım qurum qalmayıb, Rəşad Nəbiyevin özünə belə yazmışam, CC'də bütün nazirliyin bütün aidiyyatı idarələrini və.şəxslərini əlavə etmişəm. Ağlı başında olan bir adam belə zəng etmir ki, bizim qurum, bilərəkdən və ya bilməyərəkdən bu cinayəti, özbaşınalığı edib, gəlin səhvi aradan qaldıraq.

7NEWZ.az domeni xaricdən işləyir, VPN-lə də işləyir, test.7news.az yazıb blok filtri aldatmaq da olur. Ancaq domenə blok qoyulub və ölkədaxili blok yalnız Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, reyestrdən keçməmiş saytlara tətbiq olunur, o da yalnız və yalnız məhkəmə qaydasında.

Hesab edirəm ki, bu blok nazirliyin yüksək səviyyəli məmuruna kimsə tərəfindən olunan xahiş müqabilində qoyulub. 10 gün ərzində göstərilən soyuq, laqeyid münasibət bunu deməyə əsas verir ki, ölkənin internet təhlükəsizliyi məkanı avara adamların əlində qalıb və bunun qarşısı alınmalıdır. Mən DİN, DTX, MEDİA və Mətbuat Şurasına müraciət etmişəm. Yekunda Ali Baş Komandan, Prezident Ilham Aliyevə müraciət edəcəm.

Rəşad Nəbiyev və dəstəsinin 20 ildir dövlət, dövlətçilik naminə çalışan, xarici ünsürlərlə mübarizə aparan insanları niyə sıradan çıxarmaq istəyini müəyyən etməyin tam zamanıdır...

10 günə yaxındır ki, abrımıza qısılıb oturmuşuq, hamıya məktub yazmışıq, ortaq dostlarla mesajımızı çatdırmışıq, "səhv edirsiz, səhv yox, cinayət edirsiniz, qanunsuz addım atırsınız" deyirik, reaksiya sıfır...

Bizimesr.com

Tarix: 15-03-2026, 14:55
Xəbəri paylaş



Xəbər lenti