Bu mövzuda bir-birini qıranlar, "yox mən türkəm", "yox mən azərbaycanlıyam" deyib mübahisə edənlərin baxıram 99%-i bilgisizdir.Türk olmaq azərbaycanlıya, azərbaycanlı olmaq türkə mane deyil. Xırdalayım:
Dil, adət-ənənə, ortaq tarix və soyköklə mən Türkəm. Və ya kimsə talışdır, ləzgidir, avardır və s. Bu olur Milliyyət (Etnik mənsubiyyət). İngiliscə Ethnicity.
Vətəndaşlıq, coğrafiya və siyasi birlik olaraq isə hamımız Azərbaycanlıyıq. Bu olur Millət. İngiliscə Nationality. Mən dünyanın harasına köçsəm də Azərbaycanlıyam, burdan çıxmışam.
Milliyyət (türk, talış, ləzgi) sənin kim olduğun, millət isə hansı dövlətə aid olduğundur.
Məsələn, Tramp. Milliyyət olaraq alman, millət olaraq amerikalıdır. Amerikalı olması ilə fəxr edir, özünü mühafizakar amerikalı vətənpərvər sayır. Amma seçki vaxtı müsahibələrində açıq demişdi: "Mən möhtəşəm alman irsinə sahibəm. Bununla çox qürur duyuram."
Hər bu söhbət düşəndə Heydər Əliyevi misal gətirirsiz, deyib: "Fəxr edirəm ki, azərbaycanlıyam!" Düz deyib, prezident olaraq ümumi xalqı ilə fəxr etdiyini bildirib.
Amma eyni adam Türkiyə üçün də "Bir millət, iki dövlət" deyib. Burda da düz deyib. Etnik oğuz türklərin çox olduğu Azərbaycanla, etnik oğuz türklərin çox olduğu Türkiyənin qardaş olduğunu, eyni soydan gəldiyini bildirib.
Milliyyət: Türk, talış, ləzgi, avar, yəhudi, rus və s.
Millət: Azərbaycanlı!
Orxan Atabəy