100 minə Aygün Kazımovanın gətirildiyi Dubaydakı milyonluq toy kimin olub?

Xəbər verildiyi kimi, xalq artisti Aygün Kazımova Dubayda baş tutan dəbdəbəli toyda səhnəyə çıxıb.

Pop kraliça sevilən mahnılarını gecədə qonaqlar üçün səsləndirib.

Saytımıza daxil olan iddiaya görə, toyda iştirak üçün ifaçıya 100 min ₼ ödənilib.

Məclisin əsas aparıcısı isə Nanə Ağamalıyeva olub. O, Aygün Kazımova ilə çəkdirdiyi fotoları bu sözlərlə yayımlayıb:

“Dubayda səhnəmizin ayı, günəşi, meqastarı Aygün Kazımovanın möhtəşəm çıxışı. Sizi çox sevirəm. Eyni həyəcan və dünya boyda sevginin ünvanı Aygün Kazımova” deyə, Nanə paylaşımında yazıb.

Digər  media qurumlarının yazdığına görə, Dubaydakı toy Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun olub.

Məlumata görə, Şahin, Günel adlı qızla ailə həyatı qurub. Mərasim Dubayın məşhur “Ritz-Carlton” otelində baş tutub.

Qeyd edək ki, Hasil Nurullayev həm də tikinti sahəsində tanınmış maqnatdır.

Möhtəşəm atəşfəşanlığın və digər qonorarlı iştirakçıların da olduğu təmtəraqlı toyun dəyərinin milyon manat civarında olduğu təxmin edilir.


Tarix: 6-01-2026, 22:22
Xəbəri paylaş



Xəbər lenti