Rəfiqə Qasımqızının şeirləri “Ədəbi İncilər”də - FOTO

Həkim-şair Rəfiqə Qasımqızının şeirləri “Ədəbi İncilər” jurnalında dərc olunub
ERAmedia xəbər verir ki, ədəbi yaradıcılığı ilə oxucuların rəğbətini qazanan tanınmış həkim-şairə Rəfiqə Qasımqızının şeirləri “Ədəbi İncilər” jurnalının 10-cu sayında işıq üzü görüb. Müxtəlif mövzularda qələmə alınan bu poetik nümunələr oxucular tərəfindən maraqla qarşılanıb.
Həkimlik peşəsini poeziya ilə vəhdətdə yaşadan Rəfiqə Qasımqızı duyğularını sözə çevirərək insan ruhuna toxunan misralar yaradır. Jurnalda yer alan şeirlər onun bədii dünyasının zənginliyini bir daha nümayiş etdirir.
Rəfiqə Qasımqızı bu günədək bir sıra ədəbi nəşrlərdə çıxış edib və poeziyasevərlər arasında özünəməxsus yer qazanıb.
Həkim-şairə ”Yaşanan ömrümdə yeni ömürsən”, “Zaman əlimdən düşür”, “Xatirələr əl edir”,  ”Payız dodağında oxunan nəğməm”, “İlmələnən arzular”, uşaqlar üçün ”Utancaq bənövşələr”, “Tap tapmaca” kimi bir çox kitabların müəllifidir.
Qeyd edək ki, Rəfiqə Qasımqızı Azərbaycan Yazıçılar Birliyi və ”İraq-Türkmən Ədəbiyyatı və Yazarları” birliyinin üzvüdür. 2020-ci ildə Orta Asiya “Yeni Avaz” Yazıçılar və Tarixçilər Birliyinin və Əmir-Teymur OBF-nin təsis etdiyi “Turan Birliyi” medalı ilə mükafatlandırılıb. Elə həmin ildə AZ.KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə  ”Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.






Tarix: Bu gün, 11:46
Xəbəri paylaş



Xəbər lenti