"ADA" Universitetinin adından istifadə edib vətəndaşları aldadırlar - DETALLAR

"Tiktok" da Sevda-Vasif cütlüyü insanları necə tələyə salır?   —

Son günlər vətəndaşların müxtəlif yollarla aldadılması hallarına rast gəlinir.

CityPost.az  xəbər verir ki,xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek"  profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və  "İnstagram"  (Bu linkədə)platformalarında paylaşılan  elanlarda  vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan  səhifə adminləri  eyni  yolla növbəti qurbanlarını tora salırlar.



Bu mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər  Orucov  bildirib ki,sözügedən şəxslərin qurduğu oyunun növbəti qurbanı olub.O,051 593 85 14  "WhatsApp"  nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin  təqdim etdiyi  kart hesabına  750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y  adlı şəxsə məxsusdur) ödəniş edib.



Ödəniş qəbzləri


Şikayətçinin sözlərinə görə, ödənişi etdikdən bir müddət  sonra  qarşı tərəf  onun nömrələrini "qara siyahı"ya salıb  və zənglərinə cavab verməyib.Aldadıldığını başa düşən vətəndaş  DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.


Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.





"Sifarişi götürən şəxs telefon danışığı zamanı  bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da  eyni olduğu üçün onlara inandım. İşlətdikləri  "whatsapp" hesabının profil  şəklində də "Ada fabrik"  sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə  750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxlsər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə  vətəndaş bildirib.


Sözügedən  məəslə ilə   bağlı  qarşı tərəflə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədilər.


Mövzunu diqqətdə saxlayacağıq.



Miri Məcidli


Tarix: Bu gün, 09:20
Xəbəri paylaş



Xəbər lenti