“Bravo”da qumlu çay satılır? - ŞİKAYƏT

Bravo” supermaketlərində qumlu və çirkli çay satılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

PostMedia” xəbər verir ki, şikayəti Elvin Hüseynov adlı istifadəçi paylaşıb.

Şikayətçinin sözlərinə görə, “Bravo”nun “Gənclik Mall”da yerləşən filialında satışa çıxarılan çay məhsulu məhsul gigiyena qaydalarına uyğun olmayaraq satışa çıxarılıb:

“Hörmətli Bravo Supermarket Azerbaijan !

Gənclik Mall filialınızda "Sizlik" adlı çayların endirimdə olması bu qədər təəccüb doğurmadı.

Qutuların əksəriyyəti toz, çirk və ləkələrlə örtülüb. Görünüşdən aydın olur ki, məhsullar ya düzgün saxlanılmayıb, ya da daşınma zamanı ağır şəkildə çirklənib. Ancaq buna baxmayaraq, supermarket bu çayları heç bir təmizləmə və ya istehlakçıya xəbərdarlıq etmədən rahat şəkildə satışa təqdim edir.

Bu hal həm istehlakçı hüquqlarına, həm də qida təhlükəsizliyi normalarına ziddir. Qida məhsullarının qablaşdırmasının belə vəziyyətdə olması, içindəki məhsulun da sağlamlığına dair suallar yaradır.

Qumlu vəziyyətdə olan çayı içmək sizin fikrinizcə nə dərəcədə doğrudur?”



Tarix: Bu gün, 09:13
Xəbəri paylaş



Xəbər lenti