Şəhidin xanımından nazirə sərt müraciət: "Qalmışıq bu allahsızın əlində..."



Xocalıda soyqırımı zamanı 27 gün ailəsi birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuş Fatma Zamanova Elm və Təhsil naziri Emin Əmurullayevə kanal 13 vasitəsi ilə müraciət edib. Həmin müraciəti olduğu kimi yayımlayırıq:"Hörmətli nazir!
Xocalıdanam, soyqırım zamanı ailəlikcə əsir düşmüşük, həyat yoldaşım şəhid olub. 90 yaşım var. Oğlum birinci qrup əlil, müharibə veteranıdır. Hamımız nəvəmin himayəsindəyik. İki il öncə Sizə müraciət etdim və çox sağol ki, müraciətimə operativ reaksiya verdiniz. Tərtər rayon Azadqaraqoyunlu kənd orta məktəbinin bufetini nəvəmin işlətməsinə köməklik etdiniz. İki ildir ki, nəvəm Qarabağ Regional Təhsil idarəsi ilə müqavilə bağlayıb bufeti işlədir və vaxtı - vaxtında rüsumunun ödəyir.Cənab nazir!Bir neçə ay bundan öncə Sənan Mənsimli adlı bir şəxsi Qarabağ Regional Təhsil idarəsinə müdir göndərmisiniz. Yaşıma, həssas olduğuma görə bəzən insanlar məndən kömək istəyir. Sənan Mənsimli təyin olunanda bir çox adamlar mənə şikayət edirdi ki, nazir "rabitəçi" ixtisasını bitirmiş birini təhsilə niyə müdir təyin edib? Mən də deyirdim ki, nazir nəsə bilir edir. Yəqin istəyir ki, xalqa arasında rabitə (əlaqə) qurmaq istəyir. Amma yanıldım. Mənə aidiyyatı yoxdur deyə sizə digər məsələlərlə bağlı ətraflı məlumat vermirəm. Yəqin özünüz maraqlansanız çox nüansdan xəbəriniz olar. Aidiyyatı yoxdur deyə üstünə gəlmirəm ki, hamı Sənan Mənsimli haqqında nələr danışır. Kimisi deyir məni təhqir edib, kimisi deyir axşam saat 21:00 a qədər işçiləri işdə saxlayır, kimisi deyir... kimisilər çoxdur amma mənə aidiyyatı yoxdur deyə yazmıram.Vətəndaşları qəbul edən zaman onlara xəbərdarlıq etmədən, məlumat vermədən səsini yazır, videoya çəkir və s... Ola bilər ki, ixtisasına görə belə işlərə həvəslidir. Amma adam səlahiyyətini aşdığını, "Əməliyyat axtarış tədbirləri haqqında" qanunu və digər normativ hüquq aktları kobud pozduğunu anlamır. Təkəbbürlüdür, allahlıq edir, yerə - göyə sığmır! Danışanda da arxasında Sizin və Eşqi Bağırovun durduğunu, istədiyini edə biləcəyini çəkinmədən bildirir. Təhsilin inkişafı ilə qəti maraqlanmır!Nə isə.. keçim mətləbə. Zatən bu adamın bir neçə ay da etdiyini heç kim illərlə etməyib. Deməli, Regional Təhsil idarəsi bufeti işlətməsi üçün nəvəm ilə ötən ilin sentyabr ayında müqavilə bağlayıb. Nəvəm də bu aya qədər vaxtı - vaxtında müqavilə də göstərilən rüsumu ödəyib. İndi Sənan Mənsimli dirənib ki, budeti işlədənlərlə bağlanmış müqavilər kütləvi şəkildə ləvğ olunmalıdır. Səbəb də göstərir ki, bəs müqavilədəli rüsum artırılmalıdır. Nəvəm də dəfələrlə regionala gedib bildirib ki, mənim əlimdə rəsmi müqavilə var. Müqavilə bitsin onda istəsəniz davam edərik, istəməsəniz dayandırıram. Tələb edib ki, ya da müqavilələrin kütləvi ləvği ilə bağlı əmri göstərin ki, bu səbəbə görə ləvğ olunur. Sənan Mənsimlinin işçiləri isə açıqca deyir ki, Emin Əmirullayevin, Eşqi Bağırovun adamına (Sənan Mənsimlini nəzərdə tutur) biz söz deyə bilmərik. O nə deyirsə, qanundur! Müqavilə ləvğ olunmalıdır! Bir sözlə ŞAH QANUNDUR! Nəvəmin 35 yaşı var, imkansızlıqdan ailə qurmayıb. Mənə və birinci qrup əlil müharibə veteranı olan atasına baxır.Cənab nazir! Sizdən xahiş edirəm həsas ailə olmağımızı nəzərə al nəvəmə köməklik edin! Sənan Mənsimli bir bufetden artıq alacağı 50 manatla nə dövləti varlandıracaq, nə də kasıbladacaq. Amma 50 manat bizim ailə üçün böyük puldur! Ən azında bu qarlı havada komunala verərik, dərmana verərik və s...
Fatma ZamanovaXocalı sakini 
Tarix: Dünən, 22:46
Xəbəri paylaş



Xəbər lenti