“Firon” hakim və sədrin qanunsuz hərəkətlərinə nə vaxt son qoyulacaq?

“Firon” hakim və sədrin qanunsuz hərəkətlərinə nə vaxt son qoyulacaq?
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən redaksiyamıza daxil olan məktubda, Prezident İlham Əliyevə və surəti Birinci-Vitse Prezidentə, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Baki şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmovaya və hakim Ramilə Xəzriyə olmaqla müraciət edən İctimai Birlik, bəzi Firon hakim və sədrlərin qanunsuz hərəkətlərinə nə vaxtsa son qoyulacaqmı, bu zaman nə vaxt çatacaqdır, bunun üçün nə etməliyik, deyə bilgi almaq istəyən şikayətçi, eyni zamanda, Xəzər Rayon Məhkəməsinin hakim və sədrinin Fironluğundan, qanunsuz hərəkətlərindən məlumat verir. Müraciəti olduğu kimi dərc edirik.

Hörmətli cənab Prezident!

30 il Azərbaycan dövlətinin ərazi bütövlüyünün pozuldugunu, 20% torpaqlarının işğal altında olduğunu, milyonlarla dinc vətəndaşlarımızın qaçqın düşdüyünü, minlərlə vətəndaşlarımızın girov götürüldüyünü, itgin düşdüklərini, öldürüldüklərini bildik. Bilirdik ki, bütün bunların hamısının baiskarı ermənilər və onlara dəstək verən ermənipərəst qüvvələrdir. Nəhayət, dövlətimizin və igid-qəhrəman oğullarımızın səyi nəticəsində, düşmənlər məhv edildi. Beləcə də, 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu. Allahımıza şükürlər etdik.

Hörmətli cənab Prezident!

Ən dəhşətlisi odur ki, son vaxtlar daxildə baş verənləri başa düşə və anlaya bilmirik.Belə ki, bəzi rayonlara təyin olunmuş məhkəmələrin hakim və sədri bir müddətdən sonra, qısa zaman kəsiyində  özlərini təyin olunduqları rayonun Fironu hesab edirlər. Açıq-aşkar bildirirlər ki, hakim və sədr təyin edilməmişdən öncə, həmin rayonun yuridiksiyasında yaşayan hüquqi və fiziki şəxslərin Dövlət tərəfindən qanunla qorunan hüquqlarını-haqqlarını pul verib almışlar. Amma, məhkəmənin hakimi və sədri, bütün qərarları Azərbaycan Respublikasının adından çıxarmalarına baxmayaraq, birmənalı pulu qanunun aliliyindən üstün tuturlar. Demək bəzi məhkəmələrin hakim və sədrləri dövlətin də adında sipirkuliyasiya edirlər. Torpaqlarımızı işğal eliyən, 1.500.000 vətəndaşımıza qaçqın həyatı və sairə və ilaxirə yaşadan ermənistan dövləti ilə, 170 min əhalisi olan Xəzər Rayon Məhkəməsinə hakim və sədr təyin edilmiş məhkəmə sədrini müqayisə edəndə görürsən ki, məhkəmə sədri ermənidən 10 çömçə artıqdır. Verdiyi qərarlarla 10-larla ; 100-lərlə ; 1000-lərlə vətəndaşlarımızın evlərini yıxıblar. Ermənilərin qaçqın saldığı vətəndaşlarımızın durumundan, həmin vətəndaşlarımızın durumu 10-dəfə pisdir.

Hörmətli cənab Prezident!

Birləşdik bir olduq, erməni kimi alçaq, şərəfsizləri qovduq, torpaqlarımızı işğaldan azad etdik, 30 illik həsrətə son qoyduq.

Bəs bəzi Firon hakim və sədrlərin qanunsuz hərəkətlərinə nə vaxtsa son qoyulacaqmı? Bu zaman nə vaxt çatacaqdır? Bunun üçün nə etməliyik?

Hörmətli cənab Prezident!

Pulu qanunun aliliyindən üstün tutan, sədri olduğu Rayonun yuridiksiyasında yaşayan vətəndaşların hüquqlarını-haqqlarını, sədr təyin edilməmişdən öncə pulla aldığını iddia edən məhkəmə sədrlərindən biri də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri Şeyda Məhərrəmovadır.

Belə ki, Xəzər Rayonu ərazisində yerləşən, Ədliyyə Nazirliyi Penitensiar Xidməti 17-Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum F.Abdullayev 28 mart 2024-cü ildə AR.CM-nin 60.1-ci maddəsinin barəsində tətbiq edilməsini Xəzər Rayon Məhkəməsindən xahiş edir.

Məhkumun ərizəsi 01 aprel 2024-cü il tarixdə icraata götürülmüş və hakim tərəfindən bir neçə dəfə 08 Aprel 2024-cü il və 26 aprel 2024-cü il tarixlərdə məhkəmə iclasları keçirilmişdir. Nəhayət, hakimin pulu qanunun aliliyindən üstün tutduğuna görən məhkum 26 aprel 2024-cü il tarixdə ərizəsinin baxılmamış saxlanmasını və geriyə qaytarılmasını məhkəmədən xahiş edir. Beləcə də məhkəmə məhkumun ərizəsini baxılmamış saxlamışdır.

Hörmətli cənab Prezident!

Məhkum Xəzər Rayon Məhkəməsinə təkrar müraciət edir. Məhkumun ərizəsi növbəti dəfə Xəzər Rayon Məhkəməsində 31.05.2024-cü il tarixdə 821 nömrə ilə qeydiyyata alınmış və icraata götürülmüşdür. Hakim tərəfindən 07.06.2024-cü il tarixə təyin edilmiş birinci məhkəmə iclasında, növbəti məhkəmə iclasının vaxtı 14.07.2024-cü il tarixə keçrilmişdir.

Hörmətli cənab Prezident!

12.06.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsində olmuşam. Araşdırmamızın nəticəsində məlum olmuşdur ki, məhkəmənin hakim və sədri məhkumun ərizəsini istər 01 aprel 2024-cü ildə (01 aprel 2024-cü il qeydiyyat №- 475) icraata götrdüyü vaxtdan- 26 aprel 2024-cü il tarixə -ərizənin baxılmamış saxlanması gününə kimi,
İstərsə də ikinci dəfə ərizəsinin 821 №-ə ilə qeydə alındığı 31.05.2024-cü il tarixdən 12.06.2024-cü il tarixə kimi, 4 dəfə məhkəmə iclası keçirməsinə baxmayaraq məhkumun şəxsi işini tələb edib götürməmişdir. 17-Saylı Cəzaçəkmə Müəssisəsinnin rəisinə 12.06.2024-cü il tarixdə təqdim etdiyim 15A №-li məktub (Məhkumun şəxsi işi Xəzər Rayon Məhkəməsinin hakimi tərəfindən nə vaxtı (hansı gündə, hansı ayda, neçənci ildə) tələb edilmişdir və hansı vaxtda göndərməyiniz barədə rəsmi məlumat verəsiniz) buna subutdur.

İndi Xəzər Rayon Məhkəməsinin hakim və sədri Şeyda Məhərrəmovadan soruşun görək hakim məhkumun şəxsi işini tələb etmədən, məhkumun şəxsi işini araşdırmadan təyin etdiyi məhkəmə iclaslarında nədən danışırmış? Hakimin əlində məhkumun şəxsi işi yoxdursa bu hakim nəyə baxırmış? Prosessual qanunvericilik, şəxsi işi tələb edib götürmədən və şəxsi işi araşdırmadan məhkəmə iclası keçirməyə, işi məhkəmə baxışına təyin etməyə, icazə verirmi?

Yenə düşünmək məcburiyyətində qalırıq, görəsən bəzi Firon hakim və sədirlərin qanunsuz hərəkətlərinə nə vaxtsa son qoyulacaqdırmı? Bu zaman nə vaxt çatacaqdır? Bunun üçün nə etməliyik?

Məhkəmənin hakim və sədri nə qədər harınlaşmışdır, demək, məhkəmənin hakim və sədri o işdən pul almamışdırsa, o vətəndaşın şəxsi işini belə tələb etmir.

Hörmətli cənab Prezident!

Bakı şəhəri Xəzər Rayon Məhkəməsini hakim və sədri Şeyda Məhərrəmovanın barəsində qanunvericiliyin tələblərinə müvafiq xidməti araşdırmalar aparılmasına və barəsində ölçü götrülməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirik.

azmedia.info.az
Tarix: 7-07-2024, 10:50
Xəbəri paylaş



Xəbər lenti