"Sayğısızlıqla üzləşmək istəmirsinizsə, "Böyükfırat"a üz tutmayın..." - ETİRAZ VAR...


Ölkəmizdə iaşə müəssisələrində göstərilən xidmətin keyfiyyəti son illər nə qədər artsa da, hələ də vətəndaş gileyləri səngimək bilmir. Bunun əsas səbəbi isə bəzilərinin müştəriləri məmnun etmə yox, öz qazanclarını düşünmə həvəsinin daha üstün olmasıdır. Hər halda, görünəni və anlaşılanı belədir.

Elə son zamanlar türkiyəli iş adamına məxsus olan və paytaxtımıxda xeyli sayda filialı olan "BöyükFırat" restoranlar şəbəkəsində də xidmətin keyfiyyətsizliyindən şikayətlər artmaqdadır.

Hurriyyet.az dia-az.info-ya istinadən xəbər verir ki, növbəti şikayəti isə tanınmış jurnalist Ədil Ədilzadə edib.

Jurnalist yazır:

" "Böyükfırat"ın Elmlər filialında müştərilərə böyük sayğısızlıq edilir.

Sayğısızlıqla üzləşmək istəmirsinizsə, "Böyükfırat"a üz tutmayın..."

Bildirək ki, jurnalist şikayətinin mahiyyətini açıqlamayıb.

Dia-az.info qeyd edir ki, "Büyükfırat Group”un sədri Hüseyn Büyükfıratdır və onun həm Azərbaycanda və həm də Türkiyədə şübhəli əlaqələrinin olması ilə bağlı zaman-zaman yerli KİV-də iddialar səsləndirilib.

Tarix: 23-05-2024, 15:27
Xəbəri paylaş



Xəbər lenti