Baş redaktor “Azercell”in hörmətsizliyindən yazdı


Baş redaktor “Azercell”in hörmətsizliyindən yazdı

Jurnalist, Axar.az saytının baş redaktoru Anar Nifteliyev “Azercell”in müştərilərinə qarşı hörmətsizliyi barədə yazıb.

Tribunainfo.az xəbər verir ki, baş redaktor özü de “Azercell”in hörmətsizliyi ilə üzləşib:

“İnternet paketin olduğu halda borc yaranarsa, internet imkanından məhrum edilirsən!
Bununla iki hüquqpozma var – biri elə Azercell-in özünə də ziyandır:
1. Paketim varsa, borca görə xətt bağlanırsa, internetə çıxışım niyə bloklanmalıdır? Axı bunun pulu ödənilib.
2. İnternetə çıxışı bağlayırsan və deyirsən, pul ödə, xəttini açaq. Adam balaları, internetə çıxışımı verin ki, onlayn ödəniş edə bilim də sizə. Bəlkə mən çöllü-biyabandayam, məni niyə hesaba girişdən məhrum edib, MilliÖn axtarmağa məcbur edirsiniz? Sizin məntiqiniz hardadır?”.

Roman

Tarix: 15-05-2024, 17:52
Xəbəri paylaş



Xəbər lenti