Sifarişi it-bata düşüb... pulunu da vermirlər... - "Nə edə bilərəm... hara şikayət edim..."



"Şikayətim "TrendYol-Azərbaycan"dandır". Dia-az.info xəbər verir ki, bu barədə Nəzrin Hüseynzadə adlı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "25 gündür Türkiyədən 135 manatlıq məhsul sifariş etmişik. Nə gəlmir... nə də gəlməməsi ilə bağlı bir məlumat verilmir.

Türkiyə ünvanı ilə əlaqə saxladıq, dedilər biz malı göndərmişik. Bu Azerbaycanda harda itib-batıb... geri çekek pulumuzu.... Geri çəkmək istəyirəm o da olmur.

Nə edə bilərəm? Hara şikayət edim ki, tədbir görülsün?"

Sifarişi it-bata düşüb... pulunu da vermirlər...


Tarix: 9-05-2024, 17:32
Xəbəri paylaş



Xəbər lenti