Anar Əlizadə həbsin bir addımlığında - SANKSİYAYA DÜŞƏN RUSLARA KÖMƏK EDİRMİŞ

Məşhur Bodrum marinası ətrafındakı vəziyyət qərbli araşdırmaçı jurnalistlərin diqqətini cəlb edib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, araşdırmalarda  son bir ildə məşhur azərbaycanlı oliqarx Anar Əlizadəyə (Əliyev) məxsus Bodrum Marinası qərb hüquq-mühafizə orqanları tərəfindən sanksiyaya məruz qaldığı üzə çıxıb. Bu da öz növbəsində rusiyalı milyarderlər narahat edib.

Məlumata görə, gəmi istehsalçıları bəzi yaxtalar üçün Bodrum Yalıkavakın etibarlı çətiri  altında gizlənməyə imkan verən naviqasiya avadanlığını uzaqdan söndürüblər.


Bodrumda Eurochem şirkətlərinin qurucusu Andrey Melniçenkonun yaxtası da nəzərə çarpılıb.

“Melniçenkonun Trieste” limanında yaxtalardan biri italiyanın hüquq-mühafizə orqanları  tərəfindən həbs edilsə də,  “Melniçenko”- nun ikinci motorlu yaxtası (“A” – Motor Yaxtası A) Anar Əlizadənin köməyi ilə Bodrumda gizlədilib.

Anar Əlizadə  yanacağın qiymətini dərhal iki dəfə qaldırıb.

Jurnalistlər yaxtanın və PJSC Severstal-ın Direktorlar Şurasının sədri Aleksey Mordaşovun da izinə düşüblər. Saxalin sahillərində tez-tez görünən Mordaşovun yaxtası artıq 2022-ci ilin sonundan etibarən  Əlizadəni ziyarət edir.

Eyni zamanda jurnalistlər məhz Bodrumda “İnterros” şirkətinin prezidenti Vladimir Potaninə məxsus “Nirvana” yaxtasını da araşdırıblar.

Son zamanlar Anar Əlizadə Türkiyə xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Hazırda iş adamı cinayət təqibi altındadır və dələduzluqda ittiham olunur.

İş adamının nəzarətində olan şirkətlər Avropa ölkələrinə ixrac olunan neftə verilən sertifikatları saxtalaşdırmaqla məşğul olub.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) A.Əlizadənin Londondakı maliyyə aktivlərinin mənşəyi ilə bağlı araşdırmalara başlamışdır.

Mövzuya qayıdacağıq.

 

Elmar Elnuroğlu

Gununsesi.info

Tarix: 8-04-2024, 23:09
Xəbəri paylaş



Xəbər lenti