Musavat.com Şuşaya ilk girən döyüşçülərimizdən olan İ.Səfərovun həmin yazısını təqdim edir:
"Bu da bir həqiqətdir ki, Vətən müharibəmizdən sonra bir qrup şəxs var ki, bayramlarda Şəhidlər xiyabanına gedərək çəkiliş edir və xalqa səsləniş edib daha sonra isə sosial şəbəkələrdə yayırlar.
Düzü inanmıram ki, əksəriyyətinin ora getməyi ziyarət məqsədi daşısın. Çünki etdikləri çəkilişlərə, qurduqları cümlələrə nəzər saldıqda görürük ki, bu tip insanlar axırda başlayırlar bayramı qeyd edən şəxslərin ünvanlarına bəzən açıqca bəzən də üstü örtülü söz soxmağa, tənqid bəzən də təhqir etməyə. ( Buradakı məqsəd özünü gözə soxub, layk toplama xəstəliyindın başqa bir şey deyil. )
Bu hüququ sizə kim verib?
Bircə dəfə olsun Şəhid valideynlərinin, övladlarının ümümumiyyətlə əmanətlərinin bayramlarda belə bir video çəkib xalqımızı təhqir etdiyinin şahidi olmamışam. Onlar dillənmir bu tiplər dünyanı dağıdıb, axırıncı variant kimi əl atırlar belə çirkin üsullara...
Belə hallarla rastlaşanda insanda bu tiplərə veriləcək bir neçə sual yaranır.
2020- ci ildən öncəki illərdə Vətən olanlarımızı hansı bayramda yad edib, çəkiliş etmisiniz?
Şəhid olanlar təkcə 2020- ci ildə torpağa tapşırdığımız övladlarımızdır ki ?!
Bəs onda 1-ci Qarabağ Şəhidlərimiz?
Vətən müharibəsinə qədərki atəşkəs dövründə verdiyimiz Şəhidlər? Onlar sayılmırki?
Bir məsələ var ki, bəzi " insan" tipləri də var ki, onlar üçün Vətən sadəcə boğazdan yuxarıda yerləşir. Dildə üç beş kəlimədən başqa bir şey deyil.
İndi neyləmək olar? Ürəklərində Vətən sevgisi olmayan kimsələrə zorla Vətənimizi, Millətimizi, Şəhidimizi necə sevdirə bilərik ki? Bu da mümkün deyil! Nəysə bu başqa mövzudur. Qayıdım əsəs mövzuya.
Bayramların ağını da çıxartmaq gərəkmir.
Hər bir evdən demək olar Şəhidimiz var. Amma üzümü tutub bu ucuz şov əhlinə demək istəyirəm ki, Vətən olan canlarımız zatən bizlərin bayramlarımızı başı uca qeyd etməyimiz üçün öz canlarından keçiblər.
Sizcə hansı Şəhid istəyər ki, övladı bayramı bayram kimi qeyd etməsin?! Əksinə istəyərdilər ki, bayramı ən gözəl onların övladları qeyd etsinlər. Çünki haqlarıdır. Ən çox da onların haqlarıdır.
Sizə qalsa atalarını bu yurd üçün qurban verən övladlar elə ömrü boyu boynu bükük qalmalı bayram qeyd etməli deyillər. Əksinə onların dik duruşu düşmənə göz dağıdır. Belə də bilinə!
Maskanız yırtıqdır, görünür! Qısacası yığışdırın ucuz şoularınızı!"
İqbal Səfərov, Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı