Tahir Kərimlinin müavinindən Rasim Balayevə cavab: “Nə verib, ala bilmir?!”


Vəhdət Partiyasının sədr müavini Ramil Turanov Xalq artisti Rasim Balayevə cavab verib.
 
Pravda.az-ın xəbərinə görə, R.Turanov bildirib ki, R.Balayevin T.Kərimli ilə bağlı faktları varsa, ortaya qoysun.
 
“Rasim Balayev Tahir Kərimlidən nə istəyir? Şifahi, yazlılı - harada gəldi əleyhinə danışır. Polisi tərifləyir, hakimiyyəti tərifləyir, Tahir bəyi pisləyir. Nə verib, ala bilmir?! İndi nə edək ki, Tahir bəyin Ərəstun Cavadov kimi imkanı yoxdur ki, aktyor könlünü görsün. Bir şey də maraqlıdır, nə üçün milyonçu deputatlar olduğu halda, Rasim bəy heç Ağsuda evi də olmayan, xalqa sevgidən başqa verməyə nəyisə olmayan öz yerlisi Tahir Kərimlinin üstünə düşüb. Vallah, bu sirri bilmək istərdim. Tahir Kərimli həmişə xalqın içindədir, Rasim Balayevin isə heç yaxınları da qapısını açmır. Əlində Tahir bəyin əleyhinə fakt varsa, qoysun, biz də bilək. Daha sənə Tahir bəy cavab vermir deyə... bəsdir də...” – Vəhdət Partiyasının sədr müavini qeyd edib.
Tarix: 9-12-2021, 23:47
Xəbəri paylaş



Xəbər lenti